Həkim üçün nə qədər çətin olsa da ölümcül xəstəliyi olan pasiyentə həqiqəti deyir. Onun ömrünə sayılı günlər qalır. Düşkünlüyə qapılan kişi, həyat yoldaşı və uşaqlarını, valideynlərini, dostlarını və qonşularını, məşuqəsini – onun həyatının parçası olmuş bütün insanları tərk edir. Hər gün bir ayrılıqdır. Sözlər daha az eşidilir, susqunluq isə çox uzanır. Xəstəxana hüdudlarından kənarda həyat öz axarı ilə davam edir. Baş qəhrəmana indi bircə ölmək qalır. Görəsən o son günlərini təkbaşına keçirmək qərarına peşman olacaqmı...?
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar