Milan Peşel
Aktyor
Milan Peşel – almaniyalı aktyor və teatr rejissorudur. 1968-ci illdə Şərqi Berlində anadan olub. 1984-1986-cı illərdə Berlinin Almaniya opera evində teatr təhsili alıb. 1991-ci ildən etibarən Folksbone Berlin Xalq Teatrında səhnə texniki vəzifəsində çalışıb. Peşel ardınca “Ernst Buş” dram incəsənət akademiyasında oxuyub. 1997-2008-ci illərdə Xalq Səhnət Teatr Ansamblının iştirakçısı olub. Rejissor Frank Kastorf və Dimitri Qotşeffin bir çox tamaşalarında iştirak edib. 2001-2003-cü illərdə Hamburqun Thalia Theater teatrının dəvətli aktyoru olub. 2007-ci ildə Berlində Maksim Qorki teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Bir sıra radiotamaşalarda orator qismində iştirak edib. “Yarı yol” filmində canlandırdığı xərçəngdən əziyyət çəkən ailə başçısı obrazına görə Bavariya kinomükafatı (2011) və Almaniya kinoakademiyasının mükafatı ilə təltif olunub. Peşel evlidir, iki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B5%D1%88%D0%B5%D0%BB%D1%8C,_%D0%9C%D0%B8%D0%BB%D0%B0%D0%BD