Andreas Drezen

Andreas Drezen

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Andreas Drezen (alm. Andreas Dresen) – almaniyalı kinorejissordur. Çoxsaylı kinofestivalların qalibi olub. 16 avqust 1963-cü ildə Almaniyanın Qere şəhərində rejissor Adolf Drezenin ailəsində dünyaya göz açıb. 1979-cu ildən həvəskar filmlər çəkir. Daha sonra DEFA studiyasında təcrübə keçib və rejissor Rayşın köməkçisi vəzifəsinə işə düzəlib. 1986-1991-ci illərdə Postdam şəhərinin Kino və televiziya akademiyasında ali təhsil alıb. Debüt tammetrajlı filmi 1992-ci ildə ekranlara çıxıb. 1999-cu ildə „Gecə obrazları“ filmi Berlin Beynəlxalq Kinofestivalının konkurs proqramına düşüb. Filmdə çəkilmiş aktyorlardan biri Gümüş ayı ilə təltif olunub. „Qril Bar“ filmi Berlin festivalında təqdim olunub və Qran-pri alıb. 2011-ci ildə xərçəngdən əziyyət çəkən ailə başçısı haqqında „Yarı yolda“ filmi Kann kinofestivalının „Xüsusi baxış“ proqramının qalibi olub. 2013-cü ildə Drezen 63 Berlin kinofestivalının münsiflər heyətinə daxil olub.

Ətraflı məlumat üçün aşağıdakıl inkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%80%D0%B5%D0%B7%D0%B5%D0%BD,_%D0%90%D0%BD%D0%B4%D1%80%D0%B5%D0%B0%D1%81

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç