Nyu-York dünyanın ən romantik şəhərlərindəndir. Fərq etməz, bu şəhərin sakinləri 12 yaşında belə ilk dəfə sevib-sevilə bilər. İlk məhəbbət yeniyetmə Qeybdən də yan keçmir. O sinif yoldaşı Rozmariyə bir könüldən min könülə aşiq olur. Əslində Rozmarini çoxdan tanısa da, başqalarından fərqli olaraq ona simpatiya bəsləmirdi. Ancaq eşq aşiqə həmişə gözlənilməz sürprizlər hazırlayır.. Onların arasında bir-birinə qarşı isti duyğular ən ağılasığmaz məkanda – karate məşqlərinin keçirildiyi tatami üzərində meydana gəlir…
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar