Sintiya Nikson
Aktrisa
Sintiya Nikson 9 aprel 1966-cı ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Anası aktrisa Anna Noll, atası radiojurnalist Uolter Niksondur. Ailənin yeganə övladıdır. Valideynləri onun altı yaşı olanda boşanıb. Onların ayrılmasından sonra anası ilə qalıb. 1988-ci ildə Bernard Kollecində bakalavr dərəcəsi əldə edib. Nikson səhnə debütünü 12 yaşında anası ilə birgə iştirak etdiyi tamaşada gerçəkləşdirib. Daha sonra 1979-cu ildə ABC telekanalının Afterschool Specials epizodunda teledebüt edib. Çox keçmədən “Filadelfiya tarixi” tamaşasında ilk dəfə Brodvey səhnəsinə ayaq basıb. 1984-cü ildə karyerasının ən uğurlu filmlərindən sayılan “Amadey” bioqrafik dramına çəkilib, ardınca “Manhette layihəsi filmində rol alıb. Daha çox “Böyük şəhərdə seks 2” (2010), “Böyük şəhərdə seks” (1998-2004, serial), “Böyük Şəhərdə seks” (2008), “Ceyms Uayt” (2015) film və seriallarında oynadığı rollara görə tanınır. İkiqat “Emmi”mükafatçısı, ikiqat ABŞ kinoaktyorları gildiyası mükafatçısıdır. Bundan başqa “Toni” və “Qremmi” laureatı olub. Beşqat “Qızıl qlobus” nominantıdır. 1988-2003-cü illərdə ingilis dili professoru Denni Mozeslə vətəndaş nikahında olub. Keçmiş cütlüyün iki övladı var. 2018-ci ilin iyun ayında Nikson böyük oğlunun transgender olduğunu açıqlayıb. 2004-cü ildə bəri ictimai fəal Kristin Marinoni ilə birgə yaşayır. 2012-ci ildə Nyu-Yorkda eynicinsli nikaha daxil olublar.
Ətraflı məlumat üçün aşağıdkaı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9D%D0%B8%D0%BA%D1%81%D0%BE%D0%BD,_%D0%A1%D0%B8%D0%BD%D1%82%D0%B8%D1%8F