Şarlotta Rey Rozenberq

Şarlotta Rey Rozenberq

Aktrisa

BİOQRAFİYA

Çarli Rey, əsl adı - Şarlotta Rey Rozenberq – amerikalı aktrisadır. 8 mart 1992-ci ildə Nyu-Yorkda anadan olub.  Kinoya gəlişində xalası ona kömək edib. Belə ki “Kiçik Manhetten” (2005) filminin çəkilişləri üçün açıq kastinqlərin keçirildiyini qəzet elanından öyrənərək, qohumunu ora yazdırır. Dinləmələrdə onu bəyənib, Co Hatçersonun tərəf- müqabili kimi baş rola dəvət edirlər. Oynadığı Rozmari rolu karyerasının ən uğurlu roluna çevrilir. Daha sonra “Qanun və qayda: Xüsusi korpus” (1999) serialına qonaq rola dəvət alıb. Bundan başqa CBS-in pilot layihəsi olan “Company Town” (2006) serialının çəkilişlərində iştirak edib. Aktrisalıq etməsinə baxmayaraq, dərslərindən ayrı düşməyib və məktəbi uğurla bitirib. Daha sonra Şimal-Qərb Universitetində teatr sənəti üzrə bakalavr dərəcəsi əldə edib. Məzun olduqdan sonra Nyu Yorka qayıdaraq aktrisalı fəaliyyətini davam etdirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm1659579/?ref_=nmbio_bio_nm

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç