Kerri heç vaxt məktəbdə seçilən qız olmayıb. Sinif yoldaşları ona lağ edir, yaşıdları onunla dostluq etmək istəmir. Utancaq və özünə qapalı qız artıq tənhalığa alışıb. Halbuki əvvəllər normal həyat yaşamaq: oğlanlarla görüşmək, rəfiqələrlə qeybətləşmək, dəbdəbəli libaslar geyinmək istəyirdi. Lakin dindar anası bunları qadağan edirdi. Çünki telekinez qabiliyyəti olan qızını İblisin törəməsi hesab edirdi. Məktəbdə davamlı təhqirlər və ailədə dözülməz həyat ona fövqəltəbii qabiliyyətlərini təkmilləşdirməyə vadar edir. Kerri öz bacarığını insanlar arasında göstərməməyə çalışsa da, buraxılış gecəsində növbəti xoşagəlməz zarafatdan sonra öz sinif yoldaşlarından qisas almaq qərarına gəlir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar