C.F. Kennediyə qarşı suiqəsddən sonra ABŞ vitse–prezidenti Lindon Conson dövlətin başına keçir. Seçkilərdə digər partiyadan olan rəqibləri üzərində sarsıdıcı qələbə qazanaraq, vətəndaşlar arasında ən çox dəstəyə malik olmuş prezident kimi Amerika tarixinə düşür. Onun seçki kampaniyası sosial rifahın yaxşılaşmasına, Amerika mədəniyyəti, incəsənət və elminin inkişafına yönəlib, sülhsevər ölkəyə çevrilmək üçün ideal yol seçib. Lakin Ağ Evə gəlişinin artıq dördüncü günündə siyasi mövqeyi və baxışlarını yenidən nəzərdən keçirməli olur. Digər yandan Vyetnamdə vəziyyət gərginləşir, amerika ordusu isə döyüşlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqdan çəkinir. Bir güclü zərbə ilə problemin həllinə nail olmağa çalışan Conson nazirlərinin təkidi ilə hərbi kampaniyanın davam etdirilməsinə qərar verir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar