Donald Sazerlend
Aktyor
Donald Sazerlend 17 iyul 1935-ci ildə Sent-Conda (Kanada) doğulub. 1956-cı ildə Böyük Britaniyaya gedir. Orada dram sənətini öyrənir. İngilis teatrlarının səhnələrində oynayır. Donald Sazerland London Akademiyasını dram incəsənəti üzrə bitirib. Mühəndis və aktyorluq üzrə iki diplomun sahibidir. 1956-cı ildə Böyük Britaniyaya köçür. Aktyorun ilk dəfə çəkildiyi qorxu filmləri “Canlı ölülər qəsri” (1964), “Həkim Terroun qorxu evi” (1964) olub. Amerikada Sazerland 1970-ci ildə rejissor Robert Oltmanın “MASH” filmində çəkiləndən sonra məşhurlaşıb. “MASH” filminin uğurundan sonra, aktyor “Klüt” (1971) məşhur trillerində, antivyetnam “F. T. A.” (1972) hərbi filmində çəkilib. 1976-cı ildə İtaliyada aktyor paralel olaraq iki dünya şöhrətli rejissorun filmində rol alır. Bernardo Bertoluççinin “20 əsr” filmində filosofluq edən faşist rolunda, “Kazanova Fellini” filmində tarixi şəxsiyyət obrazında çəkilir. 1995-ci ildə "Emmi" mükafatı laureatı, 1996 və 2003-cü illərdə "Qızıl Qlobus" qazanır. Aktyor Kifer Sazerlendin atasıdır. 2010-cu ildə XXI Qış Olimpiya Oyunları zamanı olimpiya bayrağını dalğalandıranlardan biri olub. Donald Sazerlandın çəkildiyi məşhur filmlər sırasında: “Klüt” (1971), “İndi baxma” (1973), “Çəyirtkə günü” (1975), “20 əsr” (1976), “İnqilab” (1985), “Əks hərəkət” (1991), “Epidemiya” (1995), “Virus” (1999), “Müharibə sənəti” (2000), “İtalyansayağı qarət” (2003), "Soyuq dağ" (2003), “Dəlilərin qızılı” (2008), “Aclıq oyunları” (2012), “Aclıq oyunları 2” (2013), “Aclıq oyunları: Alaycı quş 1” (2014), “Aclıq oyunları: Alaycı quş 2” (2015).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Donald_Sutherland