Ceyms Freyn
Aktyor
Ceyms Dominik Freyn 14 mart 1968-ci ildə anadan olub. Səkkiz övladlı ailənin ilkidir. Atası birja dileri, anası məktəb müəlliməsi olub. Freyn ibtidai və orta təhsilini Nyuport şəhərində alıb. Daha sonra Noric şəhərində yerləşən Şərqi İngiltərə Universitetində ali təhsil alıb. Məzun olduqdan sonra Londona köçüb. Orada Mərkəzi Səhnə Nitqi və Dram İncəsənəti Məktəbində aktyorluq sənəti üzrə kurslarda iştirak edib. Sonuncu kursda oxuyan zaman Riçard Attenboronun “Kölgələr diyarı” filmində kiçik rol alıb. Həmin rol onun böyük ekranlarda debüt işi sayılır. Xarizmatik xarici görünüşünə görə sonradan ona daha çox antoqonist rollar nəsib olub. “Kölgələr diyarından” sonra 1999-cu ildə onun iştirakı ilə “Gün işığının dadı” filmi ekranlara yol tapıb. Qustav Zonnenşayn roluna görə ən yaxşı ikinci plan aktyoru nominasiyasında “Cini” mükafatına namizəd olub. Paralel olaraq Kral Şekspir Teatr truppasının tərkibində Vest-End və Brodvey səhnəsinə çıxıb. 2008-ci ildə ən yaxşı aktyor heyəti nominasiyasında “Drama Desk” kollektiv mükafatçılarından biri olub (Homecoming pyesinə görə). 2004-cü ildən amerikalı aktrisa Marta Kanninqemlə evlidir. Cütlük iki uşaq böyüdür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D1%80%D0%B5%D0%B9%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BC%D1%81