Oğru həbsxanada yatmalıdır, polis şöbəsində işləməli deyil. Komediya elementləri ilə zəngin bu döyüş filminin çəkilişində zəhməti olanlar isə bu fikirlə razı deyillər. Seyfləri yarmaq üzrə mütəxəssis Mayls Loqan həbsxanadan azad olan kimi polis şöbəsinə üz tutur. Həbs olunmamışdan bir müddət əvvəl o oğurladığı qızıl-zinət əşyalarını yaxınlıqda tikilməkdə olan binada gizlətmişdi. Sonradan məlum olur ki, o bina gələcəkdə polis şöbəsi kimi fəaliyyət göstərəcək. Düşmən ərazisinə daxil olmaq və oğurladıqlarını geri almaq üçün Mayls qanun keşikçisi olmalı və hətta əsl istintaqlarda iştirak etməlidir. Qısa müddət ərzində o kəşfiyyat bölməsinin aparıcı əməliyyatçısına çevrilir. Çünki kriminal aləmin xırdalıqlarını oğrudan gözəl heç kim bilə bilməz. Amma bütün zaman ərzində kriminal birlik brilyant polisin fəaliyyətini diqqətlə izləyib və indi lazımi tədbirlər görmək fikrindədir.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar