Martin Lourens

Martin Lourens

Aktyor, rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Martin Fitscerald Lourens - amerikalı aktyor, stendap komediyaçı, rejissor, ssenarist və prodüserdir. “İtiriləsi heç nə qalmadı”, “Brilyant polis”, “Pis oğlanlar”, “Böyük ananın evi”, “Milli təhlükəsizlik” kimi filmlərdə oynadığı rollara görə tanınır. Martin Lourens 16 aprel 1965-ci ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. Atası hərbi xidmətlə bağlı Almaniyada ezamiyyətdə olub. Valideynlərinin 1973 boşanmasından sonra, atasını nadir hallarda görüb. Anası Xlora ailəni dolandırmaq üçün bir neçə yerdə işləyib. Martin Çarli Merfi və Eddi Merfinin yaxın qohumudur. Onun Rey Prokter adlı doğma qardaşı var. Komik istedadı erkən yaşlarında üzə çıxıb. Özünün dediyinə görə uşaqlığından hər zaman anasını əyləndirib. Məktəb illərində isə öz duzlu zarafatları ilə sinif yoldaşlarının diqqətini qazanıb. Ali təhsini başa vurduqdan sonra özünü tamamilə komediyaya həsr etməyə qərar verib. Karyerasına gecə klublarında stendap monoloqları ilə başlayıb. Həyatının həmin dövrləri barədə danışan aktyor, stendap çıxışları sayəsində özünə inam hissini artırmağa nail olduğunu bildirib. Böyük kinoda debütü “Düzgün elə” (1989) komediyasında baş tutub. Rolun uğurundan sonra Hollivuddan təkliflərin ardı-arası kəsilməyib. Ardınca “Ev şənliyi” (1990), “Ev şənliyi 2” (1991), “Qaranlıq çökəndən sonra” (1991). “Bumeranq” (1992) filmlərində rol alıb. Aktyorluqla yanaşı Lourens həmdə istedadlı rejissor və prodüserdir. Onun baş rola çəkildiyi “Sevgi və qəzəb arasında nazik sərhəd” (1996), “Böyük ananın evi” (2000), “Böyük ananın evi 2”, “Bundan pis ola bilməz” (2001), “Milli Təhlükəsizlik” (2003) kimi filmləri böyük kassa gəlirinə imza atıb. 2001-ci ildə onun kinokomediyaya verdiyi töhfələrə görə, Hollivud bulvarında ayaq və əl izləri döşəməyə həkk olunaraq əbədiləşdirilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%BE%D1%83%D1%80%D0%B5%D0%BD%D1%81,_%D0%9C%D0%B0%D1%80%D1%82%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç