Deyv Şappel
Aktyor, ssenarist, prodüser
Deyv Şapell 24 avqust 1973-cü ildə Vaşinqtonda (ABŞ) anadan olub. Deyvin karyerası 1993-cü ildə “Robin Qud: Triko geyinmiş kişilər” filmindəki rolundan başlayıb. Daha sonra “Dəli professor” (1996), “Hava həbsxanası” (1997) “Brilyant polis” (1999) filmlərində ikincidərəcəli rollarda çəkilib. Onun ilk baş rolu 1998-ci ildə “Half Baked” filmində olub. 2003-cü ildə televiziya komediya şousundan sonra məşhurlaşıb. Comedy Central Deyv Şappeli 100 gənc komik siyahısında 43-cü yerdə yerləşdirib. 1998-ci ildə islamı qəbul edib. Dave Chappelle`s Block Party (2005), Dave Chappelle: For What It`s Worth (2004), Dave Chappelle: Killin` Them Softly (2000), The Dave Chappelle Project (1998), “Bişməmiş” (1998) filmlərinin və "Şappelin şousu" (2003—2006) serialının ssenaristi və prodüseri olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B0%D0%BF%D0%B5%D0%BB%D0%BB,_%D0%94%D1%8D%D0%B9%D0%B2