Lük Uilson
Aktyor
Lük Kanninqem Uilson 21 sentyabr 1971-ci ildə ABŞ-ın Texas ştatının Dallas şəhərində anadan olub. Üç uşaqlı ailənin sonbeşiyidir. Anası Lora Kanninqem fotoqraf olub, atası Robert Endrü Uilson reklam meneceri. Böyük qardaşları – Ouen və Endrü Uilson da populyar aktyorlardır. Uilson Los-Ancelesin Oksidental kollecində oxuyub. Daha sonra Cənub metodist universitetində ali təhsil alıb. Aktyorluq debütü 1994-cü ildə “Şüşə raket” qısametrajlı filmində baş tutub. İki ildən sonra filmin tammetrajlı versiyası çıxıb. 1999-cu ildə “Brilyant polis” filmində mərkəzi rollardan birini oynayıb. Ona şöhrət gətirmiş əsas rollardan biri 2001-ci ildə ekranlara çıxan “Qanuni sarışın” filmində Emmett Riçmond roludur. Daha sonra “Tenenbaum ailəsi”, “Aleks və Emma” kimi reytinqli komediyalarda rol alıb. 2002-2005-ci illərdə “70-ci illərin şousu” teleserialına çəkilib. 2007-ci ildə “Qurbanlıq vakansiya” trillerində mərkəzi rollardan birini oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A3%D0%B8%D0%BB%D1%81%D0%BE%D0%BD,_%D0%9B%D1%8E%D0%BA