Filmdə hadisələr 1945-ci ildə cərəyan edir. Sovet İttifaqı və ABŞ qüvvələri düşmən üzərində qələbə qazansa da, Yaponiya hərbi əməliyyatları davam etdirir. Nəyahət avqustun 15-də imperator Hirohito Yaponiyanın kapitulyasiyasını elan etmək məcburiyyətində qalır. Həmin bəyannamədən sonra ölkənin xarici qüvvələr tərəfindən işğalı başlanır. Amerikalı general Daqlas MakArtur Yaponiyanın faktiki rəhbərinə çevrilir. Buna baxmayaraq yapon ordusunun bir çox zabit və əsgərləri Yapon imperatoruna sadiq qalır və mübarizəni davam etdirir. Yeni başçıya Hirohitonun müqavimət hərəkatının meydana gəlməsində hansı rol oynadığını öyrənmək və 10 gün ərzində ABŞ prezidentinə məruzə etmək tapşırılır. General Daqlas imperatorun hərbi cinayətkar olub-olmadığını müəyyən etməyi general Fellersə həvalə edir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar