Tosiyuki Nisida
Aktyor
Tosiyuki Nisida 4 noyabr 1947-ci ildə Fukusima prefekturasının Koriyama şəhərində anadan olub. 5 yaşında olanda atasını itirib və onu bibisi böyüdüb. Atası sağ olan illərdə onun kinoya olan marağının yaranmasında əvəzsiz rol oynayıb, onu tez-tez kinoya aparıb. Məktəb illərində də aktyorluq sənətinə böyük maraq göstərib. Ancaq məktəbdə teatr dərnəyi yalnız qız şagirdlər üçün nəzərdə tutulduğundan (oğlanlar mütləq idmanla məşğul olurdu) bu bacarığını inkişaf etdirmək imkanından məhrum olub. Məktəbi bitirdikdən sonra bibisindən onu Tokionun Meydzi Universiteti nəzdində Nakano ali məktəbinə yollamasını xahiş edir. Həmin məktəbdə dərslərdən sonra teatr tamaşalarında iştirak edib, müxtəlif epizodik rollarda çıxış edib. Aktyorun filmoqrafiyasında 90-dan çox lent yer alır. Yapon kinoakademiyası mükafatının səkkiz qat namizədi (1982, 1985, 1987, 1997, 2003, 2004, 1993) və üçqat laureatıdır (1989, 1994 и 2010). Yaponiya aktyorlar ittifaqının prezidentidir. Son illər Yaponiya Kinoakademiyası Mükafatının təşkilatı komitəsinin sədr müavini vəzifəsində çalışıb, həmçinin mükafatlandırma mərasiminin aparıcılığını edib.
Подробная информация по ссылке: