Masayosi Haneda
Aktyor
Masayosi Haneda 13 noyabr 1976-cı ildə anadan olub. Uşaq yaşlarından aktyor olmağı arzulayıb. 1999-2000-ci illərdə Tokyonun UPS (Birləşmiş İfaçılar Studiyası) studiyasında aktyorluq kurslarına gedib. Kursları başa vurduqdan sonra kino təhsilini Nyu-Yorkda davam etdirib. 2003-cü ildə Tom Kruzun baş rola çəkildiyi “Sonuncu Samuray” tarixi dramında kaskadyorluq edib. Haneda “Sonuncu qılıncı enişi” (2003), “Mənim Zombi pərim” (2004), “Marebito” (2004), “Godzilla: Sonunca savaş” (2004), “Matsukonun xatirələri” (2006) kimi filmlərə çəkilib. Xarici kinoda debütünü 2006-cı ilin iyul ayında “Çiçəklər vadisi” adlı (Fransa-Almaniya-Hindistanın birgə məhsulu olan) müstəqil bədii filmdə gerçəkləşdirib. 2008-ci ildə Haneda Amerika və Yaponiyanın birgə istehsalı olan “Suşi qız” (Ramen Girl) filmində rol alıb. Daha sonra “İmperator” filmində tərcüməçi və Mettyu Foksun qəhrəmanının sürücüsü rolunda çıxış edib. 2013-cü ildə Kianu Rivzin baş rola çəkildiyi "47 ronin" filmində görüntülənib. 2014-cü ildə “Son Hədd” elmi-fantastik filmində yadplanetlilərə qarşı savaşan döyüşçülərdən biri olub. Haneda həmyerlisi olan müğənni Hitomi Furuya ilə evli olub. Cütlük 2008-ci ildə münasibətlərini rəsmiləşdirib. Onların bu nikahdan 2008-ci il təvəllüdlü qızı var. 2011-ci ildə Haneda və Furuya boşanma ilə əlaqədar məhkəməyə müraciət ediblər. Onların məhkəməyə ərizə verənə qədər, 6 ay ərzində ayrı yaşadığı məlum olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Masayoshi_Haneda