Piter Vebber

Piter Vebber

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Piter Vebber 1968-ci ildə Böyük Britaniyada anadan olub. Piter 25 il kinosənayesində ssenarist, rejissor və podüser kimi çalışır. Onun ilk rejissor işi 2003-cü ildə “Mirvari sırğalı qız” filmi olub və ona dünya şöhrəti qazandırıb. Film “ən yaxşı operator işi” nominasiyasında Avropa kinoakademiyası və San Sebastyan Kinofestivalında “Beynəlxalq bədii film konfederasiyası" mükafatına layiq görülüb. Bundan başqa film “Oskar” mükafatına 3, “Britaniya akademiyası” mükafatına 10 nominasiya qazandırıb. Həmçinin “Qızıl Qlobus” və “Qoya” mükafatına namizəd olub. 2006-cı ildə onun “Hannibal: Yüksəliş” filmi böyük ekranlara çıxır və uğursuzluq qazanır. “Ən uğursuz qorxulu film” kateqoriyasında “Qızıl moruq” anti-mükafatına namizəd olub. 2008-ci ildə Vebber Qatara köçür və bir neçə sənədli film çəkir. Onlardan “Kitablara məhəbbət” filmi ən yaxşı tarixi sənədli film adına layiq görülərək Qriqson mükafatını alır. 2012-ci ildə Piterin “İmperator” tarixi dramı böyük ekranlara çıxır. Film İkinci Dünya müharibəsində Yaponiyanın kapitulyasiyasından sonrakı günlərdən bəhs edir. 2015-ci ildə onun “On milliard” fili, 2016-cı ildə “Tutanxomon” mini-serialı çəkilir. O “Yer: Bir gözəl gün” sənədli filminin rejissorlarından biridir. “Mirvari sırğalı qız”, “Hannibal: Yüksəliş” və “İmperator” filmləri ilə daha çox tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Peter_Webber

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç