Evilayt – ağır yol qəzasına düşmüş gənc qadındır. O sağ qalsa da, toqquşduğu maşında azyaşlı uşaq həlak olur. Postravmatik sindrom və Evilaytı addımbaşı təqib edən günah hissi onu düşkün vəziyyətə salır, depressiyaya qarşı tibbi preparatlara “məhkum olur”. Dəhşətli hadisədən bir il sonra Evilayt sevgilisi Devidlə birlikdə kiçik şəhərə köçür. Yeni yaşayış yeri və yeni dostlar ona müsbət təsir göstərir, hamilə qalması isə həyat nikbinliyini yenidən özünə qaytarır. Nəhayət həyatında hər şeyin öz yerini tutduğunu düşündüyü əsnada, evlərində qəribə hallar baş verməyə başlayır. Paranormal hadisələri yalnız Evilayt görür və sevgilisi onun dediklərinə inanmaq istəmir. Həkim Matison əmin edir ki, “qarabasmalar” məhz postravmatik sindromla əlaqədardır – yəni baş vermiş yol qəzasının üzə çıxan psixoloji fəsadlarındandır. İndi Evilayt çətin dilemma qarşısında qalıb. Qarabasmaların yoxa çıxması üçün dərman içməlidir. Ancaq hamiləlik dövründə həmin həblərin qəbulu ümumiyyətlə yolverilməzdir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar