Yeva Lonqoriya

Yeva Lonqoriya

Aktrisa, model

BİOQRAFİYA

Yeva Lonqoriya 15 mart 1975-ci ildə Texas ştatının Korpus-Kristi şəhərində (ABŞ) anadan olub. Yeva model olub varlanmaq arzusunda idi. Lakin boyunun (157 sm) kiçik olmasına görə model agentlikləri onu qəbul etmirdi. Yeva ruhdan düşmürdü. O, tələbə teatrına yazılır, kolleci bitirdikdən sonra isə istedadlar müsabiqəsində iştirak edir. Kasıb ailədə böyüyən Yeva şou biznes karyerası sayəsində ailəsinin maliyyə vəziyyətini yaxşılaşdırmışdı. Aktrisanın ilk rolu “Beverli hilz "2010” populyar serialında stüardessa olur. Lakin aktrisaya dünya şöhrəti gətirən “Ümidsiz evdar qadınlar” serialındakı rolu olur. Serialın ilk təsdiq olunan aktrisası məhz Yeva olur. Yevanın qəhrəmanı keçmiş model Qabriela Solisdi. O, pul xatirinə ailə qurur, lakin bağbanla ərinə xəyanət edir. Hazırda Lonqoriyanın şəxsi restoranı, gecə klubu və prodüser şirkəti var. 2010-cu ilin yaz ayında Yeva "Eva Longoria" ətrinin prezentasiyası keçirilib. 2011-ci ildə isə kulinariya haqda yazdığı “Yevanın mətbəxi. Ailənizə və dostlarınıza sevgiylə yemək hazırlayın” adlı kitabın təqdimatı olub. 2002-ci ildən 2004-cü ilədək aktyor Tayler Kristoferlə ailə qurub.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Eva_Longoria

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç