Cim Parsons

Cim Parsons

Aktyor, prodüser

BİOQRAFİYA

Ceyms Cozef Parsons 24 mart 1973-cü ildə Xyustonda (Texas ştatı, ABŞ) Milton Cozef Parsonsun ailəsində anadan olub. Ceyms daha çox CBS “Böyük partlayış nəzəriyyəsi” komediya serialındakı Şeldon Kuper rolu ilə tanınır. Oynadığı rola görə Parsons bir sıra mükafatlar alıb. Dörd dəfə “Komediya serialında ən yaxşı aktyor” kateqoriyasında “Emmi” mükafatının, serialda – komediya və ya müziklda ən yaxşı kişi roluna görə “Qızıl Qlobus” mükafatının sahibi olur. 2011-ci ildə Parsons ilk dəfə “Adi ürək” pyesində Tommi Botrayt rolu ilə Brodvey səhnəsində çıxış edir. “Drama Desk” mükafatı nominasiyasına layiq görülür. Eyniadlı ekranlaşdırılmış pyesdə rol alan Ceyms, artıq yeddinci dəfə “mini-serialda və ya filmdə ən yaxşı ikinci dərəcəli kişi rolu“ kateqoriyasında “Emmi” mükafatına layiq görülür. Parsons Nyu-Yorkda yaşayır, homoseksualdır və son on il ərzində art-direktor Todd Spivak ilə yaxın münasibətdədir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D1%80%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç