Furiosa xarakterinin gəncliyinə hədəflənən yeni "Dəlisov Maks: Qəzəb Yolu" (Mad Max) filmi haqqında danışan Corc Miller (George Miller), rol üçün Şarliz Teronu (Charlize Theron) CGI ilə gəncləşdirməyi düşündüklərini, ancaq sonunda bundan vaz keçib yeni bir aktyor axtardıqlarını aşıqladı.
2015-ci ildə premyerası olan "Dəlisov Maks: Qəzəb Yolu" (Mad Max) ilə son illərin ən yaxşı filmlərindən birinə imza atan Corc Miller (George Miller), Mad Max kainatında keçən yeni hekayələr danışmağa hazırlaşır. "Dəlisov Maks: Qəzəb Yolu" (Mad Max) premyerası olduğu dövrdə birdən çox davam filmi üzərində çalışdığını və bu filmlərdən birinin Furiosa xarakterinə hədəflənəcəyini müəyyən edən Corc Miller (George Miller), son həftələrdə hazırlıqları sürət qazanan yeni Mad Max filminin Furiosa’ya hədəflənən bu proyekt olacağını açıqladı.
"Dəlisov Maks: Qəzəb Yolu"nun (Mad Max) çəkilişləri başlamadan əvvəl yazılan və Fury Road’da Şarliz Teronun (Charlize Theron) həyat verdiyi Furiosa xarakterinin gəncliyinə hədəflənən film, izləyiciləri Fury Road’da yaşananların illər öncəsinə aparacaq. Warner Bros. yeni film üçün yaşıl işıq yandırdığını açıqlayan Corc Miller (George Miller), film üçün aktyor seçmələrinə başladıqlarını açıqladı.
Filmdə Furiosa’nın gəncliyini Şarliz Teronun (Charlize Theron) canlandırması üçün CGI teknologiyasından faydalanmağı uzun müddət düşündüyünü deyən Corc Miller (George Miller), sonunda mövcud teknologiyanın bunun üçün yetərincə yaxşı olmadığına qərar verib. Peşəkar rejissor "İrlandiyalı"nın (The Irishman) bu mövzuda cəsur bir addım atdığını ancaq yenə də ortaya çıxan nəticənin tam olaraq doğru görünmədiyini qeyd etdi. Bu teknologiyadakı qüsurları həll etmənin ərəfəsində olduğumuzu, xüsusilə yapon oyun inkişaf etdiricilərinin bu mövzuda önəmli işlər etdiyini düşünən Corc Miller (George Miller), yenə də bu an üçün bu teknologiyanı istifadənin doğru olmadığına qərar verib.
Bu vəziyyət, yeni Mad Max filmində Furiosa’nın gəncliyini Şarliz Teron (Charlize Theron) yerinə daha gənc bir aktrisanın canlandıracağı mənasına gəlir. Bu aktrisanın kim olacağı qeyri-müəyyənliyini qoruyor. Ancaq ötən günlərdə ortaya çıxan məlumatlar; The Witch, Split, Thoroughbreds kimi filmlərlə adını eşitdirən Anya Taylor-Joy və "Yevanı Öldürmək" (Killing Eve) serialı ilə uğur qazanan Codi Komerin (Jodie Comer) bu rol üçün düşünüldüyünü göstərir.
Digər yandan Furiosa’ya hədəflənən bu yeni filmin, "Dəlisov Maks: Qəzəb Yolu"nda (Mad Max) inanılmaz bir işə imza atan prodüser komandasının yenidən bir araya gətirməsi gözlənilir. İstehsal dizayneri Colin Gibson, yeni filmin Fury Road’dan belə daha böyük bir prodakşına sahib olacağını deyərək proyekt üçün həyəcanını dilə gətirərkən, “Oskar” namizədliyi qazandığı Fury Road’dan sonra təqaüdə çıxan görüntü rejissoru Con Sil (John Seale) da yeni film üçün təqaüdə ara verəcəyini açıqladı. Corc Millerin (George Miller) həyat yoldaşı “Oskar” mükafatlı quruluşçu Margaret Sixel‘ın da yeni Mad Max filmində yer almasına dəqiq baxılır.
Corc Millerin (George Miller), koronavirus epidemiyasından əvvəl, İdris Elba (Idris Elba) və Tilda Suintonun (Tilda Swinton) baş rollarını üstləndiyini yeni filmi Three Thousand Years of Longing‘in çəkilişlərinə başlamağa hazırlaşırdı. Ancaq epidemiya səbəbilə filmin çəkilişləri ertələndi. Three Thousand Years of Longing’in çəkilişlərinə nə vaxt başlanacağı qeyri-müəyyənliyini qoruyur, ancaq bir çox ölkədə setlərin yavaş-yavaş yenidən açılması çəkilişlərin yaxın zamanda başlaya biləcəyini düşündürür. Yenə də Corc Millerin (George Miller) bu filmi tamamlayıb Mad Max: Furiosa’ya keçməsi üçün uzun müddət gözləməmiz lazım olacaq.