Corc Miller

Corc Miller

Kinorejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Corc Miller 3 mart 1945-ci ildə Brisben şəhərində (Kvislend ştatı, Avstraliya) yunan əsilli mühacir Dmitri Miliotisin ailəsində anadan olub. Avstraliyaya köçəndən sonra soyadını Millerə dəyişib. Orta məktəbi bitirdikdən sonra Corc əkiz qardaşı Conla birlikdə Yeni Cənubi Uels Universitetinin tibb fakültəsinə daxil olub. 1971-ci ildə universitetin sonuncu kursunda oxuyarkən Corc və qardaşı Kris tələbələrin müsabiqəsində birinci yerə sahib olan birdəqiqəlik qısametrajlı film çəkmişdilər. 1972-ci ildə Müqəddəs Vinsent xəstəxanasında ordinaturanı bitirir və boş vaxtlarını dostu Kennedi ilə qısametrajlı filmlərin çəkilişlərinə həsr edir. Elə həmin il "Kennedi Miller Productions" şirkətini yaradır və birlikdə bir çox layihələri reallaşdırırlar. 1983-cü ildə Kennedi avtomobil qəzası nəticəsində həlak olur, ancaq Miller şirkətin adını olduğu kimi saxlayır. 2009-cu ildə şirkətin adı "Kennedi Miller Mitçell"ə dəyişdirilir. Miller 1979-cu ildə "Dəlisov Maks" haqqında birinci filmi çəkir. Baş rolda gənc və o dövrdə kifayət qədər məşhur olan Mel Gibson çəkilir. Corcun bir neçə yüz min Avstraliya dollarına başa gələn rejissorluq debütü dünya prokatından 100 milyon Amerika dollarından çox gəlir gətirməklə beynəlxalq hitə çevrilir. Birinci filmin uğurundan sonra rejissora Hollivuddan təkliflər gəlir. Lakin Miller "Dəlisov Maks" haqqında seriyanı davam etdirmək niyyətində idi. 1981-ci ildə “Dəlisov Maks"ın ikinci və üçüncü hissələrini ekranlaşdırır. Tamaşaçıların səbirsizliklə gözlədiyi dördüncü film isə 30 il sonra, 2015-ci ildə ekrana çıxır. "Dəlisov Maks" seriyasından əlavə olaraq Miller “Beyb. Dördayaqlı körpə” filminə ssenari yazıb və ikinci hissəsinə rejissorluq edib. Həmçinin Cek Nikolson, Süzan Sarandon və Mişel Pfayfferin iştirakilə “İstvik ifritələri” filminə quruluş verib. Miller eyni zamanda Avstraliya televiziyası üçün “The Dismissal” (1983) və “Kobradan qaçış” (1984) seriallarını çəkib. Corc Miller Antarktidada yaşayan pinqvinlərin həyatından bəhs edən musiqili epos “Pinqvinlər oyunu qızışdırır” animasiya filminin yaradıcısıdır. Bu film Millerə "Ən yaxşı tammetrajlı animasiya" kateqoriyasında "Oskar" qazandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/George_Miller_(director) 



FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç