Josephine Decker’in Filmi "Shirley"dən Treyler Yayımlandı!

13 May, 2020

Baş rollarında Elizabet Moss (Elisabeth Moss) və Maykl Stalberqin (Michael Stuhlbarg) yer aldığı, Madeline’s Madeline’nin rejissoru Josephine Decker’ın yeni filmi Shirley’dən treyler yayımlandı. 2018-ci ilin səs gətirən filmlərindən Madeline’s Madeline’ə imza atan Josephine Decker, bu il yeni filmi Shirley‘nin premyerasını 2020 Sundance Film Film Festivalında edib, daha sonra Berlin Film Festivalına mövzu olmuşdu. Tənqidçilərdən müsbət rəylər alan film, ayrıca 2020 Sundance Film Film Festivalının ABŞ-Drama kateqoriyasında Jüri Özəl Mükafatına layiq görülüb.



Filmin baş rollarında son illərdə The Handmaid’s Tale serialı ilə uğur əldə edən, ən son "Gözəgörünməz" (The Invisible Man) filmində izlədiyimiz Elizabet Moss (Elisabeth Moss) və peşəkar aktyor Maykl Stalberq (Michael Stuhlbarg) yer alır. İkili ilə yanaşı Loqan Lerman (Logan Lerman), Odessa Young, Steve Vinovich kimi adlar iştirak edir. Filmin ssenarisini I Love Dick serialının yaradıcılarından Sarah Gubbins qələmə alır. Josephine Decker imzalı Shirley, 5 iyunda VOD Platformlarında və Hulu’da yayımlanacaq.


Susan Scarf Merrell’in eyniadlı romanından adaptasiya olunan film, məşhur yazıçı Shirley Jackson’u mərcək altına alır. Film, Shirley Jackson və onun proffesor həyat yoldaşı Stanley Hyman’ın evlərində yaşamağa başlayan gənc bir cütlüyün yaşadıqlarından hekayəsini formalaşdırır. Bu gənc cütlükdən təsirlənən Shirley Jackson, onları yeni romanının ana qəhrəmanları etməyə qərar verir.

"Parazitlər" (Parasite) üçün apardığı uğurlu “Oskar” kampanyası ilə diqqətləri üstünə çəkən Neon, filmin piyar kampaniyasını üstlənir. Elizabet Mossun (Elisabeth Moss) Shirley Jackson’u canlandırdığı film, 5 iyunda VOD platformlarında və Hulu’da izləyicilərin ixtiyarına veriləcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər