Wonder Woman və Star Trek seriyasının aktyoru Kris Payn (Chris Pine), kitap adaptasiyası "The Saint"in baş rolunda yer ala bilmək üçün görüşlər keçirir. Robin Hood oxşarı bir baş qəhrəmana sahib olan kitab adaptasiyalarının rejissoru, son vaxtlarda üstləndiyi uğurlu işlərlə tanınan Dekster Fletçer (Dexter Fletcher) olacaq.
Star Trek ve Wonder Woman filmləri ilə yanaşı I Am The Night, "Qanundan Kənar Kral" (Outlaw King), The Finest Hours kimi proyektlərin ulduzu olan Kris Payn (Chris Pine) yeni bir proyekt üçün görüşlərə başladı. 1928-ci və 1963-cü illər arasında seriya olaraq təqdim edilən The Saint kitabı böyük ekrana adaptasiya olunur. Simon Templer'ın hekayəsini danışan The Saint'in ssenaristi isə Leslie Charterisdir.
The Saint'in mövzusu isə belədir: Simon Templar, qorunan xəzinləri oğurlamaqda ustadır. Öz həyasız və mürəkkəb münasibəti ilə yer üzündə oynaya biləcəyi bir şey yoxdur. Bir gün həyatı təhlükə altında olan gənc alim Emma ilə görüşür. Emmanı qorumaq üçün mübarizə aparır.
1997-ci il istehsalı film, 68 milyon dollarlıq büdcəsinə qarşılıq olaraq dünya miqyasında 118 milyon dollarlıq gəlir əldə etmiş və orta səviyyədə uğur qazanmışdı. İndi isə Dekster Fletçer (Dexter Fletcher) ilə birlikdə yenidən film kinoteatrlardakı yerini alacaq.
Eddie The Eagle, Roketmen (Rocketman), Vəhşi Bill (Wild Bill) filmlərinin rejissoru olan və "Bohemiya Rapsodiyası"nı (Bohemian Rhapsody) yolun yarısındaykən təhfil alan Dekster Fletçer (Dexter Fletcher), The Saint'dən başqa Sherlock Holmes 3'ü və Dracula spin-off'u Renfield'ı çəkməyə hazırlaşır. Kris Paynın (Chris Pine) gələcəkdəki proyektləri arasında isə Violence of Action, Newsflash, yeni bir Star Trek filmi və All The Old Knives kimi proyektlər var. Kris Paynı (Chris Pine) son olaraq Wonder Woman 1984 filmində izləyəcəyik. Yəqin ki, Kris Paynlı (Chris Pine) The Saint'i uzun bir müddət görə bilməyəcəyik.