Kris Payn

Kris Payn

Aktyor

BİOQRAFİYA
Kris Payn 26 avqust 1980-cı ildə Kaliforniyada (ABŞ) doğulub. Aktyorluq sənətinə teatrdan başlayan Kris yaraşıqlı görünüşə sahib olduğu üçün bir çox kinematoqrafların diqqətini cəlb edir. Beləliklə, Payn “Təcili yardım” (1994-2009) serialında bir neçə epizodik rollar oynayır. Daha sonralar “Müştəri hər zaman ölüdür” (2001-2005), “Müdafiəçi” (2001-2004), “C.S.İ. Mayami” (2002-2009) seriallarında rol alır. Tez bir zamanda Payn artıq seriallardan bədii filmlərə keçid edir. Onun ilk bədii filmi “Şahzadə necə olmalı” komediyasından başlayır. 2009-cu ildə “Ulduz yolu” və 2017-ci ildə "Möcüzə qadın" filmlərində çəkilib. Kristofer Payn Los-Anceles şəhərində doğulub və boya-başa çatıb. Atası Robert Payn aktyor olub və “Kaliforniya yol polisi” serialında serjant Cozef Getreyer rolu ilə tanınıb. Anası Qvin Qilford isə nikahdan əvvəl aktrisalıqla məşğul olub. Hazırda psixoterapevt olaraq fəaliyyət göstərir. Kristoferin özündən böyük Keytlin adlı bacısı var. Ana nənəsi – Anna Qvin Hollivud aktrisası olub. Ana babası isə Hollivudun tanınmış vəkili Maks M. Gilford olub. Ana babası Rusiya yəhudisi olub. Bundan başqa aktyorun damarlarında alman, ingilis və Uels qanı axır. Müsahibələrin birində konkret bir dinə etiqad etmədiyini, böyük ehtimalla aqnostik olduğunu dilə gətirib. Orta təhsilini Oukvud şəhər məktəbində alıb, 2002-ci ildə isə Kaliforniya Universitetində ingilis dili üzrə bakalavr dərəcəsi əldə edib. Həmçinin üç il ərzində Lids universitetində ingilis dili üzrə ali təhsil alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_1554/chris-pine

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç