Dekster Fletçer

Dekster Fletçer

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Dekster Fletçer 31 yanvar 1966-cı ildə Böyük Britaniyada anadan olub. Fletçer Anna Şerin teatr dram klubunda oxuyub. İlk rolu 1976-cı ildə “Baqsi Meloun” filmində uşaq rolu olub. 80-ci illərdə mütəmadi olaraq Britaniya filmlərində uşaq obrazları canlandırıb. Bu baxımdan “Fil-adam”, “Baunti”, “Uzun ehtiraslı cümə” kimi filmləri misal göstərmək olar. Böyük rollara 90-ci illərdən çəkilməyə başlayıb. “Ən xoşagəlməz qətl” serialında Don Frençlə baş rola çəkilib. Amerikalı ləhcəsi ilə danışa bildiyindən, çoxları onun ingilis yox amerikalı olduğunu fikirləşirdi. 1986-cı ildə “Karavaco” (1986), “Reyçelin dosyesi” (1989), “Kartlar, pullar və iki tüfəng” (1998), “Qat-qat tort” (2004) və “Doom” (2005) filmlərində baş rolları oynayıb. Televiziyada HBO telekanalında yayımlanan “Silah qardaşları” hərbi dramına çəkilib, eyni zamanda BBC One da yayımlanan “Bakirə kraliça” tarixi dramında rol alıb. O eyni zamanda Kayli Minouqun 1997-ci ildə işıq üzü görən “Some Kind of Bliss” videoklipinə çəkilib. Daha sonra BBC One telekanalının “Hotel Babilistan” dramına çəkilib. Həmçinin “Gicbəsər və heyvan”, “Robin Hud” və digər serialların bir neçə epizoduna çəkilib. 2009-2010-cu illərdə “Tullantılar” serialında Natana Yanqın atası rolunda çıxış edib. 2009-cu ildə Fletçer “Ölünün şəhadətnaməsi” vampir filmində rol alıb. 2011-ci ildə Britaniyanın “Cek Folls” nuar-filmində Ceyms Fleminqlə tərəf-müqabili olub. Qay Riçinin “Kartlar, pullar və iki tüfəng” filmində, həmçinin “Hotel Babilistan”, “Silah Qardaşları” seriallarında oynadığı rollara görə tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Dexter_Fletcher

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç