Manga Seriyası “One Punch Man” Filmə Adaptasiya Olunur!

24 Aprel, 2020

Populyar manga seriyası “One Punch Man” filmə adaptasiya olunur. Sony Pictures çatısı altında hazırlanan filmin ssenarisini Venom’un da ssenaristləri olan Jeff PinknerSkott Rozenberq (Scott Rosenberg) qələmə alacaq.

İlk dəfə 2009-cu ildə internetdə yayımlanmağa başlayan və daha sonrası geniş kütlələrə təqdim olunan məşhur manga seriyası “One Punch Man” filmə adaptasiya olunur. Daha əvvəl "Hörümçək Adam" (Spider-Man) üçləməsi, Angry Birds, Resident Evil kimi seriyaların çəkiliş və paylaşımlarında rol alan Sony Pictures tərəfindən hazırlanacaq filmin prodüserliyini Arad Productions’ın sahibi olan Avi Arad üstlənəcək.



Sony Pictures çatısı altında hazırlanan bir digər komikslərin adaptasiyası olan Venom’un ssenaristliyini üstlənən Skott Rozenberq (Scott Rosenberg) və Jeff Pinkner, One Punch Man filmində də birlikdə işləyəcəklər. İkili son olaraq 13 dekabr 2019-cu ildə də premyerası olan Jumanji: Next Level filminin ssenarisini yazmışdı. Film dünya miqyasında 756 milyon dollar kassa gəliri əldə etmişdi. One Punch Man, super qəhrəman hekayələri əyləncəli bir yenilik edəcək.

One Punch Man, olduqca güclü və düşmanlarını tək bir yumruqla məğlub edilə bilən, Saitama adlı gənc bir oğlanın macəralarını mövzu götürən və super qəhrəman məsələsinə parodik yaxınlaşma sərgiləyən bir manga seriyasıdır. Qəhrəmanlıq işini hobbi olaraq davam etdirən Saitama, hamını tək yumruqla yenilə biləcək bir gücü olduğu üçün artıq bu döyüşlər onun üçün maraqsız olmağa başlayıb və özünə uyğun, yetərli bir düşman axtarmağa başlayıb.

 One-Punch Man

2009-cu ildə “One” adlı bir rəssamın internetdən paylaşdığı seriyası bir anda dünya miqyasında tanınmağa başladı. İnternetdə 2012-yə qədər 8 milyondan çox baxılan animasiya 2012-ci ildə Yusuke Murata’nın illüstrasiyası ilə Tokioda yayım şirkəti olan Shueisha’ya aid Young Jump Web Comics saytında həftəlik olaraq yayımlanmağa başladı. Manga seriyası dünya miqyasında 30 milyondan çox kopya satarkən 2015-ci ildə New York Times’ın ən çox satanlar siyasına girməyi bacardı.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər