Skott Rozenberq

Skott Rozenberq

Prodüser, ssenarist, aktyor

BİOQRAFİYA

Skott Rozenberq 24 aprel 1963-cü ildə Massaçusets ştatının Nidem şəhərində (ABŞ) anadan olub. 1981-ci ildə orta məktəbi bitirdikdən sonra, Boston Universitetinə daxil olub. 1985-ci ildə bakalavr dərəcəsi əldə edir, daha sonra Los-Ancelesin Kaliforniya universitetində magistr dərəcəsinə yüksəlir. Ssenarist olaraq ən uğurlu filmləri “Səma həbsxanası”, “Fanatik” və “60 saniyəyə qarət” bədii filmləridir. 2001-ci ildə “Gizli təhdid” filminin çəkilişləri zamanı Rozenberq aktyor Vins Vonla birgə, Şimali Karolinanın Uilminqton şəhərində içkili vəziyyətdə dava saldıqlarına görə polis tərəfindən həbs olunublar. “Firebelly Lounge” restoranında gərginlik o həddə çatıb ki, aktyor Stiv Buşemi üz, boğaz və əl nahiyələrindən bıçaq xəsarətləri alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Scott_Rosenberg

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç