C.Mur "When You Finish Saving the World"də Yer Alacaq!

14 Aprel, 2020

Aktyor kimi tanıdığımız Cessi Ayzenberqin (Jesse Eisenberg) ssenarisini də yazdığı ilk uzunmetraj filmi When You Finish Saving the World’ün baş rollarında Culianna Mur (Julianne Moore) və Finn Vulfhard (Finn Wolfhard) yer alacaq. Emma Stoun (Emma Stone), Cessi Ayzenberqin (Jesse Eisenberg) rejissoru olacağı filmin prodüserliyini üstlənəcək.

Mark Zuckerberg’i canlandırdığı "Sosial Şəbəkə" (The Social Network) “Oskar”a namizəd olan Cessi Ayzenberq (Jesse Eisenberg), bu filmdən sonra aktyoruğunu göstərə biləcəyi rollarda qarşımıza çıxdı. Joachim Trier’in Louder Than Bombs filmində İzabel Yupper (Isabelle Huppert) ilə qarşılıqlı oynadı, Richard Ayoade imzalı The Double’da iki ayrı xarakteri canlandırdı, Lex Luthor rolu ilə Batman v Superman: Dawn of Justice ilə DC film kainatına giriş etdi.



Son illərdə The Hummingbird Project, "Zombilənd: İkiqat Atəş" (Zombieland: Double Tap), The Art of Self-Defense, Vivaryum kimi filmlərdə rol Cessi Ayzenberq (Jesse Eisenberg), ssenarisini də yazdığı ilk uzunmetrajlı filmi When You Finish Saving the World ilə rejissor olaraq film dünyasında uğur qazanmağı hədəfləyir. Emma Stoun (Emma Stone), Cessi Ayzenberqin (Jesse Eisenberg) rejissoru olacağı When You Finish Saving the World’ün prodüserliyini üstlənəcək.

Deadline’ın xəbərinə görə Cessi Ayzenberqin (Jesse Eisenberg) ilə Zombieland seriyasında birlikdə çalışan Emma Stoun (Emma Stone) filmin prodüserliyini üstlənəcək. Filmin baş rollarında 2014-cü il istehsalı Still Alice filmiylə “Oskar” qazanan peşəkar aktrisa Culianna Mur (Julianne Moore) və Stranger Things serialı ilə diqqət çəkən Finn Vulfhard (Finn Wolfhard) yer alacaq. Culianna Mur (Julianne Moore), eyni zamanda filmin prodüserləri arasında da yer alacaq.



Mövzusu ilə bağlı detalların gizli tutulduğu film, Cessi Ayzenberqin (Jesse Eisenberg) qələmə aldığı, bu il Audible Originals‘da yayımlanacaq eyniadlı səsli kitabından adaptasiya olunacaq. 30 ildən yuxarı olan altı seriyalıq bu səsli kitab, bir ailənin üç üzvünü təqib edir. Film isə səsli kitabdan daha fərqli bir hadisə örgüsünə sahib olacaq və bir ana-oğul münasibətini mövzu götürür.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər