“Top Gun: Maverick”in Premyera Tarixi Ertələndi!

06 Aprel, 2020

34 il sonra gələn davam filmi üçün biraz da gözləyəcəyik. Tom Kruzun (Tom Cruise) 1986-cı ilin klassikasının davamı kimi, Paramount’un “Top Gun: Maverick” filmi, koronovirusun yayılmasının qarşısını almaq üçün filmlərin qapanması və naməlumluluq səbəbilə premyera tarixini erələdi. İlk plan olan 24 iyun yerinə, Top Gun: Maverick filminin 23 dekabr 2020-ci ildə premyerası olacaq. Paramount, keçən ay ertələnən “A Quiet Place 2”nin də 4 sentyabr 2020 tarixində premyerası olacağını açıqladı.

Top Gun: Maverick' Gets Pushed Back Amid Coronavirus Pandemic

Sony qısa müddət əvvəl “Morbius”“Ghostbusters: After Life” daxil olmaq üzrə yay siyahısının çoxunu ertələdi. Son həftələrdə, Warner Bros., “Wonder Woman 1984”“In the Heights" tarixlərini dəyişdirdi, Universal, “Minions: Rise of Gru”“Fast and Furious 9”ı ertələdi. Disney də “Black Widow”“Mulan”ı ertələdiyini eşitdirmişdi.

“Top Gun: Maverick”in büdcəsi 150 milyon dollarından çox idi, bu səbəbdən Paramount kar əldə etmək üçün böyük bilet satışlarına güvənir. Gecikmə, Paramount'a böyük bir qlobal marketinq kampaniyası başlamaq üçün daha çox vaxt verəcək. “Top Gun: Maverick” yayda çıxış tarixini qorumağa çalışsaydı bu çox çətin ola bilərdi. Çünki, Avropada koronovirus epidemiyası İtaliyada yayıldıqda istehsal onsuzda gecikmişdi.

Val Kilmer is 'ready' for Top Gun 2

İlk filmdən 30 il sonra Tom Kruz (Tom Cruise), “Top Gun: Maverick” te Pete “Maverick” Mitchell rolunu yenidən canlandırır. Davam filmində Tom Kruz (Tom Cruise), Top Gun məzunlarını xüsusi bir tapşırıq üçün maarifləndirmək üzrə məktəbə geri qayıdır. Vel Kilmer (Val Kilmer), Maverick’in rəqibi Iceman rolunu yenidən üstlənərkən, Mayls Teller (Miles Teller), Cennifer Konnelli (Jennifer Connelly), Con Hemm (Jon Hamm) və Glen Powell aktyor heyətinə daxil oldu.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər