İnyarritu Meksikada Çəkiləcək Film Üçün Hazırlıqlara Başladı!

27 Mart, 2020

Alexandro Qonsales İnyarritu (Alejandro González Iñárritu), yeni filmi üçün hazırlıqlara başladı. Test çəkilişləri ərəfəsində ortaya çıxan məlumatlar İnyarritunun Meksikanın yaxın keçmişinə işıq tutan bir film çəkməyə hazırlaşdığını göstərir.

Amores perros, 21 Grams, "Quş Adam və ya Cəhalətin Gözlənilməz Dəyəri" (Birdman) kimi bəyənilən filmlərə imza atan, son olaraq isə Ən Yaxşı Rejissor “Oskarı”nı ikinci dəfə qazandığı "Sağ Qalan"a (The Revenant) imza atan Alexandro Qonsales İnyarritu (Alejandro González Iñárritu), o gündən bəri çəkiliş meydançasından böyük ölçüdə uzaq qaldı. Uğurlu rejissor, aradan keçən beş ildə sadəcə qısametraj VR filmi Carne y Arena’ya imza atdı. Ancaq Meksikadan gələn son məlumatlar bu vəziyyətin çox yaxında dəyişəcəyini göstərir.

Картинки по запросу "Alejandro González Iñárritu to Return With New Film Shot by Bradford Young"

El Universal’ın xəbərinə görə bu aralar Mexico City’də olan İnyarritu, yeni filminin çəkilişlərinin gerçəkləşəcəyi məkanları seçir və kamera testləri gerçəkləşdirir. Bu müddətdə İnyarritu ilə yanaşı görüntü rejissoru Bradford Young iştirak edir. “Oskar” namizədi görüntü rejissoru olan Young; Ain’t Them Bodies Saints, Selma, The Most Violent YearArrival kimi filmlərlə tanınır. "Quş Adam və ya Cəhalətin Gözlənilməz Dəyəri" (Birdman) və "Sağ Qalan"da (The Revenant) görüntü rejissoru kürsüsündə oturan və hər iki filmlə də “Oskar” qazanan Emmanuel Lübetski (Emmanuel Lubezki) isə bu aralar Devid Ouen Rassell (David O. Russell) yeni filmi üçün hazırlıqlarını davam etdirir. Alexandro Qonsales İnyarritunun (Alejandro González Iñárritu) yeni filmi filmsevərləri 1990-cı illərin Meksikasına aparacaq kimi görünür.

Картинки по запросу "Alejandro González Iñárritu to Return With New Film Shot by Bradford Young"

İnyarritunun yeni filminin mövzusu haqqında bilinənlər olduqca az olsa da, test çəkilişləri sırasında orada olan aktyorların 90-cı illərdən nüanslar daşıyan kostyumlar geyindiyi və dövrün politiklərindən Carlos Salinas de GortariJosé López Portillo’nun karton fiqurlarının yer aldığı qeyd edilir. Bundan əlavə populyar uşaq proqramı xarakteri Pajára Peggy olaraq geyinən bir aktyorun çəkiliş meydanında olduğu və El Chavo del Ocho adlı keçmiş Meksika serialını andıran setlərin qurulduğu vurğulanılır.

Çəkiliş meydanından gələn bu məlumatlar Roma ilə tərif toplayan Alfonso Cuarón’dan sonra Alexandro Qonsales İnyarritunun (Alejandro González Iñárritu) da izləyiciləri Meksikanın keçmişinə aparan bir filmə imza atacağını düşündürür. İnyarritunun yeni filminin çəkilişlərinə normalda aprel ayında başlanacağı, ancaq koronavirus epidemiyası səbəbilə bu tarixi ertələmək məcburiyyətində qaldıqları qeyd edilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər