Emmanuel Lübetski

Emmanuel Lübetski

Operator, prodüser, rejissor

BİOQRAFİYA

Emmanuel Lübetski 30 noyabr 1964-cü ildə Meksikanın paytaxtı Mexikoda doğulub. Meksikalı-amerikalı prodüser, rejissor və kinooperatordur. Çoxsaylı beynəlxalq kinomükafatlarının sahibidir. “Qravitasiya” (2013) texnotrilleri, “Quş Adam və ya Cəhalətin Gözlənilməz Dəyəri ” (2014) tragikomediyası və “Sağ qalan” (2015) dramında gördüyü operator işinə görə 3 “Oskar” mükafatına layiq görülüb. Ardıcıl olaraq 3 il “Oskar” almış ilk operator kimi tarixə düşüb. Atası psixiatr olub. Markos Qrinşteynin redaksiyası altında ilk “yəhudi-ispan lüğətinin” yardıcısı olub (1993-cü ildə). Ata nənəsi Bolşeviklərin inqilabından sonra Rusiyadan qaçıb və bir müddət Şanxayda yaşayıblar. Daha sonra Meksikaya köçüblər. Lübetski öz karyerasını 1980-ci illərin əvvəllərində kino və teleindustriya sahəsində başlayıb. Debüt operator işi 1993-cü ildə çəkilmiş “20 dollar” adlı müstəqil bədii film olub. Altı filmi dostu, meksikalı kinorejissor Alfonso Kuaron ilə çəkib: “Solo con tu pareja” (1991), “Balaca şahzadə qız” (1995), “Böyük Gözləntilər” (1998), “Sənin ananı da” (2001), “Bəşər övladı” (2006) və “Qravitasiya” (2013). Lübetski və Kuaron uşaqlıq dostlarıdırlar. Bir məktəbdə oxuyublar, daha sonra ikisi də Meksika Milli Universitetinin nəzdindəki Ali Kino Məktəbində təhsil alıblar. Dostu Kuaron və ona İnyarritudan başqa, Mayk Nikols, Tim Börton, Maykl Mann, Terrens Malik, Martin Skorseze kimi məşhur rejissorlarla işləyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8E%D0%B1%D...

FİLMOQRAFİYA
Prodüser
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç