Devid O. Rassell

Devid O. Rassell

Rejissor

BİOQRAFİYA

Devid Ouen Rassell 1958-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Anası italiyalı katolik, atası yəhudidir. Anasının doğumdan katolik olmasına baxmayaraq, Rassellin dediyinə görə, valideynləri onu ateizm atmosferində böyüdüb. 1981-ci ildə prestijli kolleci bitirərək, politologiya ixtisası üzrə mütəxəssis diplomu əldə edib. İlk rejissor debütünü 36 il əvvəl edib. “Spanking the Monkey” adlı qara komediyanı lentə alıb. Film tabu mövzuda olan, yaxın qohumlar arasında seksual münasibətlərdən bəhs edir. Film tənqidçilərin müsbət rəyini qazanıb. “Döyüşçü”, “Mənin sevgilim – dəlidir” və “Amerikansayağı fırıldaq” filmlərinə görə ən yaxşı rejissor kateqoriyasında “Oskar” mükafatına namizəd olub. Sandens festivalında tamaşaçı simpatiyası mükafatı və ən yaxşı debüt ssenari nominasiyasında “Azad Ruh” mükafatı ilə təltif olunub. Növbəti filmləri böyük intervallarla çıxıb: “Üç kral” adlı hərbi filmi 1999-cu ildə ekranlara çıxıb, “Ürəkyeyənlər (I Love Huckabees)” adlı romantik komediyası isə 2004-cü ildə tamaşaçılara təqdim olunub. Birinci kifayət qədər böyük uğur qazanıb. 48 milyonluq büdcə ilə kassalardan 107 milyon dollar gəlir götürüb. Habelə ikinci praktiki olaraq prokatlarda iflasa uğrayıb. 2010-cu ildə əfsanəvi “İrlandiyalı” boksçu haqqında “Döyüşçü” filmini rejissor Darren Aronofski çəkməyə başlasa da, “Qara qu quşu” filminə görə layihədən imtina edib. Baş rol ifaçısı rejissor kürsüsünə Rasselin gətirilməsinə qarşı çıxıb. Belə ki, “Üç kral” filminin çəkilişləri zamanı aktyorlara böyük əziyyətlər verdiyini əsas gətirib. Ancaq Kristian Beylin bu rejissorla işləməyə maraq göstərməsindən sonra fikrini dəyişib. Kino 85 kinomükafata namizəd olub, onlardan 39-da qalib gəlib. Ən yaxşı aktyor və ən yaxşı ikinci dərəcəli aktrisa nominasiyalarında “Oskar” mükafatı qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/David_O._Russell

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç