Alexandro Qonsales İnyarritu

Alexandro Qonsales İnyarritu

Rejissor, prodüser, ssenarist, bəstəkar

BİOQRAFİYA

Alexandro Qonsales İnyarritu 15 avqust 1963-cü ildə Meksikada anadan olub. Çoxövladlı ailənin yeddinci uşağı olub. 16 yaşında məktəbi yarımçıq qoyub və 18 yaşına qədər dənizçi kimi Avropa və Afrikaya səyahət edib. Çoxsaylı beynəlxalq və regional kino mükafatlarının laureatıdır. Eyni vaxtda həm “Oskar”, həm də "Amerika Rejissorları Gildiyası"nın mükafatına namizəd olmuş (2007-ci ildə “Babilistan” filminə görə) yeganə meksikalı rejissordur. Həmdə “Oskar” qazanmış ilk meksikalı rejissor sayılır. 2014-cü ildə “Quş Adam və ya Cəhalətin Gözlənilməz Dəyəri ” filminə görə ən yaxşı rejissor kateqoriyasında ABŞ kinoakademiyasının ali mükafatını qazanıb. Növbəti il Leonardo Di Kaprionun baş rola çəkildiyi “Sağ qalan” macəra filminə görə eyni nominasiya üzrə “Oskar” mükafatı ilə təltif olunub. Kəskin süjetli film bundan savayı “ən yaxşı operator işi” və “ən yaxşı aktyor” (Leonardo Di Kaprio) nominasiyalarında qalib gəlir. 2017-ci ildə isə “Qan və qum” adlı miqrantların ağır həyatından bəhs edən virtual reallıq layihəsinə görə “Special Achievement Academy Award” mükafatına layiq görülüb. Kinoda daha çox “Sağ qalan” (2015), “Beatufil” (2010), “Babilistan (2006), “Fahişə məhəbbət” (2000) filmlərinin rejissoru və prodüseri kimi tanınır. Alexandro mətbuata verdiyi müsahibələrdə, dəniz səyyahlığının onun kinematoqrafiya sahəsindəki yaradıcılığına öz damğasını vurduğunu bildirib. Filmlərindəki hadisələr başlıca olaraq onun uşaqlıqda olduğu məkanlarda cərəyan edir. Səyahətini başa çatdırdıqdan sonra İnyarritu Mexikoya qayıdır və Meksikanın ən prestijli ali təhsil ocaqlarından sayılan İberiya-Amerika Universitetinə daxil olur. 1984-cü ildə populyar WFM radiostansiyasında aparıcı fəaliyyətinə başlayır. Aparıcılığı ilə yanaşı qısa hekayələr yazaraq, onları radioda səsləndirib. 1987-1989-cu illərdə 6 Meksika bədii filmi üçün musiqi bəstələyir. Həmin dönəmlərdə yazıçı Qilyermo Arriaqa ilə tanış olur və birlikdə ssenarilər yazmağa başlayırlar. 1987-ci ildə İnyarritu “Magia Digital” adlı televiziya şousuna rəhbərlik edir. 1988-1990-cı illərdə altı tammetrajlı bədii filmə prodüserlik edib. 1990-cı ildə Alexandro Meksikanın ən iri teleşirkətlərindən sayılan “Televisa”ya bədii rəhbər təyin olunur. 1991-ci ildə isə Zeta Film adlı prodakşn şirkətini yaradır. Həmin vaxtdan rejissorluq sənətini öyrənir, reklam çarxları çəkməyə başlayır. 1995-ci ildə İnyarritu “Dentras del dinero” adlı debüt ortametrajlı televiziya filmini çəkir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D0%BD%D1%81%D0%B0%D0%BB%D0%B5%D1%81_%D0%98%D0%BD%D1%8C%D1%8F%D1%80%D1%80%D0%B8%D1%82%D1%83,_%D0%90%D0%BB%D0%B5%D1%85%D0%B0%D0%BD%D0%B4%D1%80%D0%BE

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç