"Wonder Woman 1984" Virusa Görə Avqusta Ertələndi!

26 Mart, 2020


5 iyunda premyerası olması gözlənilən Wonder Woman 1984, koronavirus epidemiyası səbəbilə avqust ayına ertələndi. ABŞ-da 14 avqustda premyerası olacaq. Bütün dünyada qorxu yaradan koronavirus epidemiyası dünyanın dört bir yanında film salonlarının bağlanmasına səbəb olarkən, maraqla gözlənilən bir çox film ertələnməli oldu. No Time to Die, A Quiet Place Part II, MulanBlack Widow kimi aprel-may aylarında premyerası planlaşdırılan filmlərdən sonra indi də iyun ayı filmlərinə növbə gəlmiş kimi görünür.

Картинки по запросу "Warner Bros’ ‘Wonder Woman 1984’ Still Going Theatrical But In August"

İyun ayında premyerası olacaq ən önəmli proyektlərdən biri "Wonder Woman 1984"dür. Wonder Woman’ın maraqla gözlənilən davam filminin 5 iyunda premyerası olması açıqlanmışdı. Ancaq epidemiyanın kontrol altına alınmaqdan bir xeyli uzaq olması filmin ertələnmə ehtimalını ortaya çıxardı. Hətta Warner Bros.’un filmi premyerası olmadan birbaşa rəqəmsal platformada yayımlayacağını iddia edənlər də oldu. Warner Bros. əlbəttdə filmin premyerasını etməkdən əl çəkmədi. Ancaq filmi ertələmə qərarı aldı. Digər bir çox proyekt müddətsiz olaraq ertələnərkən, "Wonder Woman 1984" üçün indidən yeni bir premyera tarixi müəyyən edildi. Maraqla gözlənilən filmin, ABŞ-da 14 avqustda premyerası olacaq.

Сиквел «Чудо-женщины» перенесли из-за коронавируса

"Wonder Woman 1984"ün rejissor kürsüsündə ilk filmin də rejissoru olan Petti Cenkins (Patty Jenkins) oturur. Filmin ssenarisində isə Petti Cenkinslə (Patty Jenkins) yanaşı 2014-cü il istehsalı "Qodzilla"nın (Godzilla) ssenaristi Dave Callaham ilə komiks dünyasının önəmli adları arasında yer alan Geoff Johns‘un imzasını daşıyır.

Wonder Woman’a həyat verən "Gal Gadot" (Gal Gadot) ilə bərabər filmin aktyor heyətində Wonder Woman komikslərinin ən vacib pis xarakterlərindən Cheetah’ya həyat verən Kristen Uiq (Kristen Wiig), filmin əsl mənfi xarakteri olacağı düşünülən Maxwell Lord’u canlandıran Pedro Paskal (Pedro Pascal) və ilk filmdə Steve Trevor rolu ilə filmsevərlərin ürəyini qazanan Kris Payn (Chris Pine) yer alır.




Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər