Kristen Uiq

Kristen Uiq

Aktrisa

BİOQRAFİYA

Kristen Kerroll Uiq 22 avqust 1973-cü ildə Kanandeyqua (Nyu-York) qəsəbəsində anadan olub. Atası Nyu-Yorkun qərbinda göl limanının inzibatçısı olub, anası aktrisa olub. Atası norveç-irland əsillidir. Anasının damarlarından isə ingilis və şotland qanı axır. Üç yaşında olanda ailəsi ilə birlikdə Pensilvaniya ştatının Lankaster şəhərinə köçüb. Orada ibtidai məktəbi bitirib. 13 yaşında ailəsi Roçesterə məskunlaşıb. Həmin şəhərin ibtidai məktəbində oxuyub. Təhsilini Arizona Universitetinin incəsənət fakültəsində davam etdirib. Əvvəl plastik cərrah olmağı planlaşdırsa da, sonradan bu fikirdən daşınıb və aktrisa olmağa qərar verib. Bu məqsədlə Los-Anceles şəhərinə köçüb. 2011-ci ildə Uiq “Veqasda qadın toyaxşamı” filmində baş qadın rolunu oynayıb və ssenaristlərindən biri olub. Həmin ssenariyə görə “ən yaxşı orijinal ssenari” nominasiyasında “Oskar” mükafatına namizəd olub. Həmçinin müzikl və ya komediyada ən yaxşı qadın rolu nominasiyasında “Qızıl Qlobus” mükafatına namizəd olub. Daha çox “Şənbə axşamı canlı efirdə” komediya şousunun aktrisası kimi şöhrət qazanıb. Həmçinin “Veqasda qadın toyaxşamı” (2011), “Marslı” (2015), “Hər zaman Hə de”, “Kabus ovçuları” (2016) filmlərində oynadığı rollarla yadda qalıb. 2012-ci ildə Time nəşrinin “Time 100” reytinqinə daxil edilib. Aktrisa 2005-2009-cu illərdə aktyor Heys Harqrovla evli olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kristen_Wiig

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç