V.Harrelson "The Man from Toronto"nun Aktyor Heyətində!

13 Mart, 2020

Vudi Harrelson (Woody Harrelson), Ceyson Steytemin (Jason Statham) rolunu təhvil alaraq Kevin Hartlı (Kevin Hart) kəskin-komediya janrlı filmi The Man from Toronto’nun aktyor heyətinə daxil oldu. 2017-ci ildə premyerası olan və dünya miqyasında 176.6 milyon dollar kassa gəliri əldə edərək diqqət çəkən The Hitman’s Bodyguard filminin rejissoru Patrik Hyuz (Patrick Hughes), bir yandan davam filmi The Hitman’s Wife’s Bodyguard’ı izləyici qarşısına çıxarmaq üçün gün sayarkən, digər bir yandan kəskin-komediya janrındakı yeni filmi The Man from Toronto‘nun hazırlıqları ilə məşğuldur.



Robbi Foksun (Robbie Fox) ssenarisini qələmə aldığı The Man from Toronto’nun baş rolunda son olaraq Jumanji: The Next Level’da izlədiyimiz peşəkar komediyaçı Kevin Hart yer alacaq. Sony, filmdə Kevin Harta yanaşı, karyerasını xüsusilə kəskin janrlı filmləri ilə formalaşdıran Ceyson Steytemlə (Jason Statham) ilə görüşürdü. Ceyson Steytem (Jason Statham), 18+ yaş həddi ilə premyerası olacaq bir kəskin janrlı film çəkmək istərkən, Sony idarəçiləri daha geniş kütlələrə xitab edən, hər yaş qrupunun izləyə biləcəyi bir film çəkmək istəyir. Tərəflər arasında çıxan bu dünya görüşü fərqlilikləri nəticəsində Ceyson Steytem (Jason Statham), çəkilişlərə başlanmasına altı həftə qalmış filmdə rol almaqdan imtina etdi. Vudi Harrelson (Woody Harrelson) və Kevin HartThe Man from Toronto’nun 20 noyabrda premyerası olmasını gözləyir.

Картинки по запросу "‘The Man From Toronto’ Brings in Woody Harrelson to Replace Jason Statham"

Keçən həftə yaşanan bu yenilikdən sonra Sony, filmdə Ceyson Steytemin (Jason Statham) rolunu təhvil alacaq birini tapdı. The Hollywood Reporter’ın xəbərinə görə The People vs. Larry Flynt, "Qasidi Öldürməli" (The Messenger) və "Ebbinq, Missuri Sərhədində Üç Lövhə" (Three Billboards Outside Ebbing), Missouri filmləri ilə “Oskar”a namizəd olan peşəkar aktyor Vudi Harrelson (Woody Harrelson), Ceyson Steytemin (Jason Statham) rolunu təhvil alaraq The Man from Toronto’nun aktyor heyətinə daxil oldu.

Vudi Harrelson (Woody Harrelson) və Kevin Hartlı film, The Man From Toronto ləqəbiylə bilinən, dünyanın ən təhlükəli sui-qəsdçisi ilə Nyu-Yorklu Teddinin Airbnb kirayələdiyi vaxt vəsiqələrinin qarışmasıyla yaşanan hadisələri mövzu götürür. Bu qarışıqlıq nəticəsində güclərini birləşdirən ikiliyi macəra dolu hadisələr gözləyir.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər