Skarlett Yohanssonlu "Black Widow"dan Yeni Treyler Yayımlandı!

11 Mart, 2020


Skarlett Yohansson (Scarlett Johansson) baş rolunda yer aldığı Black Widow filmindən yeni bir treyler yayımlandı. Cate Shortland’in rejissoru olduğu filmin, 1 mayda premyerası olacaq.
"Qisasçılar: Final" (Avengers: Endgame) ilə film bir dövrü bağlayan Marvel, bu il yeni filmləri və Disney+’da yayımlanacaq yeni serialları ilə Marvel Film Kainatının 4-cü fazasını başladacaq. Marvel filmləri üçün yeni bir dövrün qapısını açacaq olan 4-cü fazasının ilk filmi olan Black Widow, may ayında izləyicilərin ixtiyarına veriləcək. Skarlett Yohanssonun (Scarlett Johansson) Black Widow rolunu yeniləcəyi film üçün tanıtım işlərini davam etdirən Marvel, maraqla gözlənilən filmdən son bir treyler daha yayımladı.



2010-cu il proyekti "Dəmir Adam 2" (Iron Man 2) ilə Marvel Film Kaiatında daxil olan və o gündən bəri bu kainatın ən önəmli xarakterlərindən biri olan Black Widow’un ilk solo filmi, Captain America: Civil War ilə "Qisasçılar: Sonsuzluq Savaşı" (Avengers: Infinity War) arasındakı dövrdə keçəcək və Civil War’da yaşanan hadisələrin ardından gizlənməsi lazım olan Black Widow’un qaranlıq keçmişi ilə üzləşmək üçün evinə qayıtmasını danışacaq. Filmdə Black Widow’a yenidən Skarlett Yohansson (Scarlett Johansson) həyat verir. Skarlett Yohanssonlu (Scarlett Johansson) Black Widow filminin 1 mayda premyerası olacaq.

Berlin Syndrome ilə diqqətləri üstünə çəkən Cate Shortland’ın rejissoru olduğu filmin aktyor heyətində Skarlett Yohanssona (Scarlett Johansson) Devid Harbor (David Harbour), Florens Pyu (Florence Pugh), O-T FagbenleReyçel Vays (Rachel Weisz) iştirak edir. Marvel Film Kainatında Thaddeus Ross’a həyat verən Uilyam Hört (William Hurt) də filmdə yer alacağı bilinir. Digər yandan Robert Dauninin (kiçik) (Robert Downey Jr.) da Tony Stark rolu ilə qısaca görünəcəyi danışılır, ancaq hələ bu mövzuda rəsmi bir açıqlama verilmiş deyil.



Filmdə Florens Pyu (Florence Pugh), komikslərdə Black Widow olaraq Natasha Romanoff’un yerini alan Yelena Belova xarakterinə həyat verir. Bu rol üçün Lady Macbeth"Bəyaz Gecələr" (Midsommar) kimi filmlərlə ulduzu parlayan Florens Pyunun (Florence Pugh) seçilmiş olması, Yelena Belova’nın Marvel Film Kainatında da önəmli bir rol üstlənəcəyini düşündürür.

Marvel’ın Korona virusu səbəbi ilə Black Widow’un premyera tarixini irəli bir tarixə ertələmə ehtimalı ortaya çıxmış olsa da, studiyanın tanıtım işlərinə planlandığı kimi davam etməsi belə bir ertələmə qərarının alınmadığını göstərir. Maraqla gözlənilən Black Widow filminin, daha əvvəl açıqlandığı kimi 1 mayda premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər