“Skubi-Du” Animasiya Filmindən Sonuncu Treyler Yayımlandı!

09 Mart, 2020

Scooby Doo animasiya filmi Scoob!’dan yeni treyler yayımlandı. Flintstones, Jetsons, Scooby Doo kimi animasiya proyektlərinin yer alacağı Hanna-Barbera Kainatının ilk filmi olan Scoob! filminin 29 mayda premyerası olacaq.

Warner Bros., keçən illərdə DC və Marvel’ın film dünyasındakı uğurunun ardından Flintstones, Jetsons, Scooby Doo kimi uşaqkən sevərək izlədiyimiz proyektlərin bir arada yer alacağı Hanna-Barbera Kainatı (Hanna-Barbera Universe) adlı bir kainat qurmaq üçün hərəkətə keçmişdi.



Şirkətin, Hanna-Barbera markası adı altında həyata keçirdiyi ilk proyekt isə Scooby Doo’nun hekayəsini animasiya olaraq izləyəcəyimiz Scoob! filmi oldu. Scooby Doo animasiya filmi Scoob!, aralarında ShaggyScooby Doo’nun olduğu Mystery Inc. dəstəsinin, dünyayı Dick Dastardly və onun pis planlarından qurtarmaq üçün Hanna-Barbera kainatının digər qəhrəmanları ilə güclərini birləşdirməsini mövzu götürür.
Filmin səsləndirmə heyətində Frenk Uelker (Frank Welker), Scooby Doo xarakteriylə roluna geri qayıdır. Scooby Doo’nun həm canlı action filmlərində, həm də cizgi film və seriallarında Shaggy xarakterini səsləndirən Mettyu Lillard (Matthew Lillard), bu filmin səsləndirmə heyətində yer almır. Mettyu Lillardın (Matthew Lillard) yerinə The Last Man on Earth serialı ilə tanınan Will Forte, Shaggy xarakterinə səsiylə həyat verir.


Frenk Uelker (Frank Welker) və Will Forte ilə bərabər filmin səsləndirmə heyətində Mark Uolberq (Mark Wahlberg), Zak Efron (Zac Efron), Amanda Seyfrid (Amanda Seyfried), Ceyson Ayzeks (Jason Isaacs), Gina Rodriguez kimi adlar da var. Tony Cervone‘nin rejissorluğunu üstləndiyi filmin prodüserləri arasında Harry Potter seriyasının ilk iki filminə imza atan Kris Kolambus (Chris Columbus) yer alır. Filmin ssenarisini isə Heyli Staynfeldli (Hailee Steinfeld) The Edge of Seventeen ilə adını geniş kütlələrə eşitdirən Kelly Fremon Craig qələmə alır. Maraqla gözlənilən Scoob! animasiya filminin premyerası 29 maya planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər