Yeni "Candyman" Filmindən İlk Treyler Yayımlandı!

29 Fevral, 2020

"Rədd Ol!" (Get Out) və Us ilə filmsevərlərin rəğbətini qazanan Cordan Pilin (Jordan Peele) prodüserliyini üstləndiyi yeni Candyman filmindən ilk treyler yayımlandı. Maraqla gözlənilən filmin, 12 iyunda premyerası gözlənilir.

Clive Barker’ın qısa hekayəsindən filmə adaptasiya olunan və Toni Toddun (Tony Todd) aktyorluğu ilə yaddaşlara həkk olunan, Bernard Rose imzalı 1992-ci il istehsalı qorxu filmi Candyman‘ə yeni bir davam filmi çəkiləcəyini keçən aylarda sizlərlə paylaşmışdıq. Us və Ən Yaxşı Orijinal Ssenari nominasiyasında “Oskar” qazandığı "Rədd Ol!" (Get Out) ilə filmsevərlərin rəğbətini qazanan Cordan Pilin (Jordan Peele), yeni Candyman filminin prodüserliyini üstlənir.

Картинки по запросу "Jordan Peele’s ‘Candyman’ Gets Gory First Trailer"

Cordan Pilin (Jordan Peele), eyni zamanda "Qara Ku-Kluks-Klan Üzvü"nün (BlacKkKlansman) prodüseri Win Rosenfeld ilə birlikdə filmin ssenarisini də qələmə alır. Yeni Candyman filmini Little Woods filmiylə film dünyasına giriş edən, altı illik aranın ardından yeni bir sezonla Netflix’də izləyici qarşısına çıxan Top Boy’un iki seriyasının rejissoru olan Nia DaCosta rejissorluq edir. Maraqla gözlənilən yeni Candyman filminin, 12 iyunda premyerası olacaq.



Cordan Pilin (Jordan Peele) “mənəvi davam filmi” formasında göstərdiyi yeni Candyman filmi, izləyicini orijinal proyektdə mitolojik bir xarakter olaraq qarşımıza çıxan Candyman əfsanəsinin başladığı yerə, yəni Chicago’nun Cabrini-Green bölgəsinə dəvət edir.

Filmin aktyor heyətində "Akvamen" (Aquaman) və "Qoruyucular" (Watchmen) kimi proyektlərdə diqqət çəkən, bu aralar yeni Matrix filmində rol alan Yahya Abdul-Mateen II, Nathan Stewart-Jarrett, Kyle Kaminsky, Vanessa Uilyams (Vanessa Williams), If Beale Street Could Talk filmində birlikdə çalışan Teyona Parris (Teyonah Parris) və Colman Domingo kimi adlar yer alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər