Vanessa Uilyams

Vanessa Uilyams

Aktrisa, prodüser

BİOQRAFİYA

Vanessa Lin Uilyams 18 mart 1963–cü ildə Nyu-Yorkda (ABŞ) musiqi müəllimi ailəsində anadan olub. 1984-cü ilin "Miss Amerika" tituluna layiq olan ilk qaradərili qadın kimi tarixə düşüb. Daha sonra bu titul onun "Penthouse"dakı açıq saçıq fotolarına görə geri alınıb. Bundan sonra müğənni olmaq qərarına gəlib. Onun "Save the Best for Last" balladası bir neçə həftə ərzində Billboard Hot 100-də birinci yeri tutub. 1995-ci ildə “Pokahontas” multfilmi üçün Vanessanın ifa etdiyi musiqi Colors of the Wind ən yaxşı film musiqili kateqoriyasında “Qremmi”, “Emmi” və “Qızıl Qlobus” mükafatına layiq görülüb. 1990-cı illərdə Vanessa Uilyams özünü aktrisa kimi sınmağa başladı. O Arnold Şvartsneggerlə birlikdə “Pozan” (1996) filmində tərəf-müqabili olub. 2006-2010-cu illərdə çəkildiyi “Çirkin” teleserialında Vilqelmina Sleyter rolu ilə, “Ümidsiz evdar qadınlar” (2010—2012) teleserialında Rene Perri rolu ilə məşhurdur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Vanessa_Williams

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç