Teyona Parris
Aktrisa, prodüser
Teyona Parris – amerikalı aktrisadır. AMC-nin “Dəlilər” serialında oynadığı Don Çembers rolu ilə məşhurlaşıb. Parris serialda ilk mərkəzi rol oynamış afro-amerikalı sayılır. Aktrisanın uşaqlığı Cənubi Karolinada keçib, 2010-cu ildə televiziyada debüt edib (həmin serialında “Yaxşı qadın” adlı epizodunda). Karyera yüksəlişi 2014-cü ildə “Hörmətli ağdərili adamlar” adlı müstəqil rejissor filminə çəkilməsi ilə başlayıb. Daha sonra Starz-ın yayımladığı “Sağqalmışın tövbəsi” komediya serialının aktyor heyətinə qoşulub. 2015-ci ildə rejissor Spayk Linin “Çirak” filmində mərkəzi rollardan birini oynayıb. Həmin işi ona NAACP İmage Award mükafatına nominasiya qazandırıb. 2019-cu ildə “Dibə kimi” (Point Blank, 2019) döyüş filmində ikinci plan rol alıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D1%80%D1%80%D0%B8%D1%81,_%D0%A2%D0%B5%D0%B9%D0%BE%D0%BD%D0%B0