H.Cekman və E.Cennili "Bad Education"dan Treyler Yayımlandı!

25 Fevral, 2020

Baş rollarında Hyu Cekman (Hugh Jackman) və Ellison Cenninin (Allison Janney) yer aldığı, dünya premyerasını 44-cü Toronto Film Festivalında edən Bad Education’dan treyler yayımlandı. Thoroughbreds’in rejissoru Cory Finley’in yeni filmi Bad Education, 25 apreldə HBO-da yayımlanacaq.

İlk uzunmetrajlı Thoroughbreds’lə uğur qazanan Cory Finley, iki illik aradan sonra yeni filmi Bad Education ilə geri qayıdır. Filmin baş rollarında X-Men seriyasındakı "Rosomaha: Ölümsüz" (Wolverine) performansıyla ürəkləri fəth edən Hyu Cekman (Hugh Jackman) və "Mən Tonyayam" (I, Tonya) filmiylə “Oskar” qazanan Ellison Cenni (Allison Janney) yer alır.

Картинки по запросу "‘Bad Education’ Teaser:"

Dünya premyerasını 44-cü Toronto Film Festivalında edən Bad Education, filminin ssenaristi Mike Makowsky‘nin oxuduğu liseydə yaşanan hadisələrdən ilhamlanır. Filmdə, tələbələrin aldığı təhsilin yaxşılaşdırılması üçün çalışan və məktəb direktorunun bu müddətdə dövlət vəsaitlərini mənimsəməsinə diqqət çəkilir. Hyu Cekman (Hugh Jackman) və Ellison Cennili (Allison Janney) Bad Education, 25 apreldə HBO-da yayımlanacaq.


Hyu Cekman (Hugh Jackman) məktəb müdiri Frank Tassone’yi canlandırdığı filmdə Ellison Cenni (Allison Janney), müdir köməkçisi Pam Gluckin xarakterinə həyat verir. İkili ilə yanaşı filmdə Rey Romano (Ray Romano), Mike Makowsky, Aleks Vulf (Alex Wolff), Geraldine Viswanathan, Annaleigh Ashford kimi adlar iştirak edir.

Aktyor heyəti və mövzusu ilə diqqət çəkən filmin haqlarını keçən sentyabr ayında HBO satın almışdı. HBO, filmin haqlarını satın almaq üçün 17.5 milyon dollar ödəmiş və Toronto Film Festivalı tarixindəki ən bahalı razılaşmalardan birinə imza atmışdı. Buna rəğmən HBO, film üçün hər-hansı bir kampanya təşkil edilməmiş və film, mükafat sezonunda hec cür ön plana çıxa bilməmişdi.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər