Şeylin Vudlili “Endings, Beginnings”dən Treyler Yayımlandı!

22 Fevral, 2020


Şeylin Vudli (Shailene Woodley), Ceymi Dornan (Jamie Dornan) və Sebastian Stenin (Sebastian Stan) aktyor heyətində yer aldığı, 2011-ci il proyekti "Dəli Kimi" (Like Crazy) ilə uğur qazanan Dreyk Doremusun (Drake Doremus) yeni filmi “Endings, Beginnings”dən ilk treyler yayımlandı.

"Varislər" (The Descendants), Divergent (Divergent), Big Little Lies kimi proyektlərlə tanınan, son dövrün parlayan aktyorlarından olan Şeylin Vudli (Shailene Woodley), Fifty Shades seriyası ilə tanınan Ceymi Dornan (Jamie Dornan) və Marvel Film Kainatının "Kapitan Amerika: Qış Əsgəri"ni (Winter Soldier) canlandıran Sebastian Sten (Sebastian Stan), romantik dram janrındakı “Endings, Beginnings” filmi üçün bir araya gəlir.

Картинки по запросу "‘Endings, Beginnings’ Trailer: Shailene Woodley"

Baş rol aktyorları ilə diqqət çəkən bu filmi, Moonpie ilə ilk uzunmetrajlısına imza atan, dünya premyerasını Sundance’də edən 2011-ci il proyekti "Dəli Kimi" (Like Crazy) filmi ilə adını geniş kütlələrə eşitdirən, sonrasında isə Breathe In, Equals, NewnessZoe filmləri ilə film dünyasında var olan Dreyk Doremus (Drake Doremus) rejissorluq edir. Dünya premyerasını 44-cü Toronto Film Festivalında edən “Endings, Beginnings”  filmindən treyler yayımlandı.


Dreyk Doremusun (Drake Doremus) ssenarisini Jardine Libaire ilə birlikdə qələmə aldığı filmdə Şeylin Vudli (Shailene Woodley), Los-Ancelesdə yaşayan Daphne adlı bir xarakteri canlandırır. Film, Daphne’nin bir ildəki eşq həyatına, yaşadığı xəyal qırıqlıqlarına və gizli qalmış sirlərinin üzə çıxmasına hədəflənir.

Hekayəsinə məhəbbət üçbucağı yerləşdirən filmin aktyor heyətinə Matthew Gray Gubler, Lindsay Sloane, Kelly Albanese, Shamier Anderson kimi adlar yer alır. Dünya premyerasını 44-cü Toronto Film Festivalında edən “Endings, Beginnings” ABŞ-da 1 mayda premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər