Dreyk Dorimus

Dreyk Dorimus

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Dreyk Doremus 29 mart 1983-cü ildə ABŞ-da anadan olub. AFI Konservatoriyasında rejissorluq ixtisası üzrə təhsil alıb. Kinoməktəbinə qəbul olunmuş ən gənc tələbə kimi təhsil müəssisəsinin tarixinə düşüb. Altı yaşından kino və teatra marağı yaranıb. Uşaq yaşlarında improvizasiyalı komediyaçı olaraq səhnəyə çıxıb. Doremusun xidməti siyahısında bundan savayı ssenarist qismində 9 televiziya və bədii film yer alır. İki filmə prodüserlik edib. Bir qısametrajlı filmdə ikinci plan aktyor roluna çəkilib. Daha çox “Dəlicəsinə” (2011), “Bərabərlər” (2015), “Nəfəs al” (2013) filmlərinin rejissoru kimi tanınır. Karyerası ərzində ümumilikdə 11 filmə rejissorluq edib. 2006-cı ildə “İki” adlı qısametrajlı filmlər rejissor debütünü gerçəkləşdirib. Sonuncu ekran əsəri "Zoi" adlanır. Elmi-fantastik romantik dram sintetik robotlar insan arasında yaranan sevgi hisslərindən bəhs edir. “Dəlicəsinə” (2011) adlı romantik dramı 2011-ci ilin Sandens Kino Festivalında münsiflər heyətinin prizini qazanıb.

Ətraflə məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm2035886/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç