Devid O. Rassellin Yeni Filmində Marqo Robbi Rol Alacaq!

13 Fevral, 2020

"Döyüşçü" (The Fighter), "Mənim Oğlanım Dəlidir" (Silver Linings Playbook) və American Hustle kimi filmlərlə tanınan Devid O. Rassellin (David O. Russell) yeni filmində Kristian Beyllə (Christian Bale) yanaşı Marqo Robbi (Margot Robbie) iştirak edəcək.

2010’ların ilk yarısında üst-üstə diqqət çəkici filmlərə imza atan və "Döyüşçü" (The Fighter), "Mənim Oğlanım Dəlidir" (Silver Linings Playbook) və American Hustle ilə dört ildə beş “Oskar” namizədliyi qazanan Devid O. Rassell (David O. Russell), beş illik aranın ardından yeni bir film üçün çəkiliş meydanına geri qayıdır.



Devid O. Rassellin (David O. Russell) yeni filmiylə bağlı ilk detallar keçən ay ortaya çıxmış, New Regency çatısı altında hazırlanacaq filmin baş rolunu “Oskar” mükafatlı aktyor Kristian Beyllin (Christian Bale) üstlənəcəyi açıqlanmışdı. Daha əvvəl "Döyüşçü" (The Fighter) və American Hustle’da rejissorla işləyən Kristian Beyll (Christian Bale) ilə razılaşma əldə edilərkən, Ceymi Foks (Jamie Foxx), Ancelina Coli (Angelina Jolie) və Marqo Robbi (Margot Robbie) ilə də görüşlər davam etdiyi qeyd edilmişdi.

"Ceymi Foks" (Jamie Foxx) və Ancelina Coli (Angelina Jolie) cəbhəsində hələ bir yenilik yaşanmamış olsa da, gələn son xəbərlər filmin baş rollarında Kristian Beyllə (Christian Bale) birlikdə rol alması üçün Marqo Robbi (Margot Robbie) ilə razılaşıldığını göstərir.

Картинки по запросу "Margot Robbie to Co-Star With Christian Bale in David O. Russell Next Film"

Devid O. Rassell (David O. Russell) proyektdən ilk dəfə danışanda bu filmdə, daha əvvəl bir  çox proyektdə birlikdə işlədiyi Cennifer Lourens (Jennifer Lawrence) üçün də bir rol yazdığını qeyd etmişdi. Ancaq sözü gedən bu rolun Marqo Robbiyə (Margot Robbie) verilmiş olması Cennifer Lourens (Jennifer Lawrence) ilə razılaşma əldə edilmədiyini göstərir.

Hələ adı məlum olmayan, ancaq hazırlıq mərhələsində Amsterdam olaraq anılan filmin mövzusu haqqında bilinənlər olduqca azdır. Ancaq filmin bir həkim ilə hüquqşünas arasındakı alışılmamış ortaqlığı mövzu götürəcəyi deyilir.

Bu il Bombshell ilə ikinci “Oskar” namizədliyini qazanan, bu aralar isə Harley Quinn rolunu yenilədiyi Birds of Prey filmiylə adını eşitdirən Marqo Robbinin (Margot Robbie) filmdə necə bir rolla filmsevərlərin qarşısına çıxacağı da naməlumluğunu qoruyur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər