Ancelina Coli

Ancelina Coli

Aktrisa, rejissor

BİOQRAFİYA

Ancelina Coli 4 iyun 1975-ci ildə ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) doğulub. Məşhur ABŞ aktyoru Con Voyt və yarı fransız, yarı kanadalı aktrisa Marşelin Bertranın qızıdır. Özündən böyük Ceyms Heyven Voyt adlı qardaşı var. Onun soyadı "Coli" fransız dilində "yaxşı", "gözəl" anlamını verir. Lakin aktrisa özü fransız dilini bilmir. Ancelina Colinin valideynləri 1976-cı ildə ayrılırlar. Ancelina və qardaşı anası ilə Nyu-Yorka köçür. Bir il sonra atası "Oskar" mükafatına layiq görülür. Anası isə uşaqlarını tərbiyə etmək üçün karyerasından imtina edir, tez-tez onları kinoteatra aparır və bütün vaxtını onlarla keçirir. Elə bu dövrdə kiçik Ancelinada kinoya maraq yaranır. Colinin 11 yaşı tamam olduqda onlar yenidən Los-Ancelesə qayıdırlar. Burada Ancelina iki il Li Strasberq adına Kino Məktəbində təhsil alır. Daha sonra "Beverli Hills liseyi"ndə təhsil alır. 14 yaşında model işləməyə başlayır. Lenni Kravits, "Rolling Stones" və Meat Loaf kimi əfsanələşən qrup və sənətkarların kliplərində çəkilir. 16 yaşında yenidən teatra qayıdır. Həmin illərdə Colinin qardaşı kino məktəbinə daxil olur və eksperiment üçün bir neçə uğursuz film çəkir. Bu filmlərdə Ancelina da rol alır. Bu ona tanınmağa kömək etmir. Daha sonra 1993-cü ildə "Kiborq 2" adlı filmdə rol alsa da, bu da ona uğur gətirmir. Lakin "Kiborq"un ardınca çəkildiyi "Hakerlər" filmi ilə o, artıq özünü tanıtmağı bacarır. Hətta "Nyu-York Tayms" kimi qəzet onun haqqında yazır. Aktyor Bred Pittlə evli olub, altı övladı var. Onlardan üçünü övladlığa götürüb. 2013-cü ildə döş xərçəngindən əməliyyat olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Ancelina_Coli

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç