Fast & Furious 9’ Filmindən İlk Tanıtım Treyleri Yayımlandı!

31 Yanvar, 2020

Vin Dizel (Vin Diesel), Mişel Rodriges (Michelle Rodriguez), Cordana Brüster (Jordana Brewster), Tyrese Gibson, Şarliz Teron (Charlize Theron) və Helen Mirren kimi adların aktyor heyətində yer aldığı Fast & Furious 9’dan ilk tanıtım treyleri və afişa yayımlandı. Fast & Furious 9, 22 mayda premyerası gözlənilir.

2017-ci ildə premyerası olan "Forsaj 8" (The Fate of the Furious) ilə səkkiz filmə çatan, böyük ekrandakı yoluna sürət kəsmədən davam edən və kassada önəmli uğurlar əldə edən Fast & Furious seriyasının, bu il premyerası olacaq 9-cu filmiylə izləyici qarşısına çıxmağı planlayır.

Картинки по запросу ‘F9:’ Vin Diesel sheon

Fast & Furious 9, Vin Dizel (Vin Diesel) tərəfindən canlandırılan Dominic Toretto və ailəsi olaraq gördüyü komandasının macəralarını danışmağa davam edir. Vin Dizellə (Vin Diesel) yanaşı Mişel Rodriges (Michelle Rodriguez), Cordana Brüster (Jordana Brewster), Tyrese Gibson, Lucas Black, LudacrisNathalie Emmanuel öncəki filmlərdəki rolları ilə 9-cu filmə geri qayıdır. Fast & Furious 9, 22 mayda premyerası olacaq.

Orijinal komandanın önəmli bir qismini yenidən bir araya gətirən 9-cu filmdə, həm də seriyanın 8-cı filmində gördüyümüz Şarliz Teron (Charlize Theron) və Helen Mirren da yer alır. Xatırlayacaq olsanız 2017-ci ildə premyerası olan 8-ci filmdə Şarliz Teron (Charlize Theron), Dominic Toretto’yu öz komandasına qarşı savaşmağa məcbur edən bir siber cinayətkarı canlandırarkən, Helen Mirren də Owen Shaw (Luke Evans) və Deckard Shaw (Jason Statham)’un anasına həyat verir.



Digər yandan Trainwreck"Seks Olmayacaq!!!" (Blockers) kimi filmlərlə tanınan Con Sina (John Cena), Peaky Blinders"Heyvan Krallığı" (Animal Kingdom) kimi serialları ilə diqqət çəkən Finn ColeAnna Sawai də 9-cu filmlə seriyaya daxil olan yeni adlar olaraq diqqət çəkir. Daha əvvəl seriyanın dört filminin rejissoru olan və son olaraq Star Trek Beyond’a imza atan Castin Linin (Justin Lin) rejissoru olduğu Fast & Furious 9 filminin 22 mayda premyerası gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər