Con Stüartın Yeni Filmi "Irresistible"dan Treyler Yayımlandı!

28 Yanvar, 2020

The Daily Show’la tanınan və 2014-cü il istehsalı Rosewater ilə ilk uzunmetrajlısına imza atan Jon Stewart’ın rejissoru olduğu, Stiv Karellin (Steve Carell) baş rolunda yer aldığı siyasi satira növündəki Irresistible’dan treyler yayımlandı.

1999-2015 illərdə dövrün siyasi hadisələrini komediya perspektivindən ələ aldığı The Daily Show proqramıyla tanınan Jon Stewart, 2014-cü ildə Haluk Bilginer’in də aktyor heyətində yer aldığı Rosewater filmiylə ilk uzunmetrajlısına imza atmışdı. Rosewater’da Maziar Bahari’nin jurnalistlik vəzifəsini yerinə yetirmək məqsədi ilə qayıtdığı İranda yaşadığı həbs müddətini danışan Jon Stewart, bu filmdə hadisələri dramatik bir baxış bucağından ələ almışdı.

Картинки по запросу Irresistible Trailer: J

Rosewater’dan altı il sonra Jon Stewart, yeni bir filmlə rejissorluğa geri qayıdır: Irresistible! Jon Stewart, yeni filmi Irresistible’da bildiği sulara geri qayıdır və siyasi satira növündəki filmiylə izləyici qarşısına çıxır. Jon StewartStiv Karelli (Steve Carell) yenidən bir araya gətirən Irresistible’dan treyler yayımlandı.

Filmin baş rolunda Jon Stewart’ın The Daily Show’da birlikdə çalışdığı peşəkar aktyor Stiv Karell (Steve Carell) yer alır. Filmdə Stiv Karelliyə (Steve Carell) Rouz Birn (Rose Byrne), Tofer Qreys (Topher Grace), Natasha Lyonne, Makkenzi Devis (Mackenzie Davis), CJ WilsonWill Sasso kimi adlar iştirak edir. Filmin prodüserliyi Bred Pittin (Brad Pitt) prodüser şirkəti Plan B Entertainment üstlənir.



Irresistible, Wisconsin’in kiçik bir qəsəbəsində yaşanan siyasi hadisələri mövzu götürür. Demokratik Partiyanın strateji mütəxxəssisi Gary, öz qəsəbəsindəki sənədləşdirilməmiş işçilərin haqları müdafiə edən təqaüdçü dəniz polkovnikinin bir videosunu gördükdən sonra qəsəbədəki seçimləri Demokrat Partiyanın qalib gəlməsinin mümkün olduğuna inanır, ancaq Cümhuriyyətçi Partiyadan Faith’in hadisələrə daxil olması işləri qarışdırır. Gary və Faith’in kozerlərini paylaşması nəticəsində hadisələr bir müddət sonra Cümhuriyyətçi və Demokrat Partiyasının rəqabəti ilə nəticələnir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər